Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 29 » İsa Məsih evli olub? - Papirus şahidlik edir
10:18
İsa Məsih evli olub? - Papirus şahidlik edir
ABŞ-da Harvard Universiteti Teologiya məktəbinin professoru Kerin L.Kinq İsa Məsihin Mariya Maqdalina ilə evli olmasından danışan qədim papirusu ictimaiyyətə təqdim edib. Mətndə bu sözlər yer alıb: "İsa onlara dedi: mənim arvadım... O, mənim şagirdim ola biləcək”.   

Tarixi sənədin IV əsrə aid olduğu bildirilir. Papirus 3,5x7,5 santimetr ölçüdədir. Sənədin bir üzündə əllə yazılmış səkkiz qırıq sətir var. Digər tərəfində isə yalnız üç söz və ayrı-ayrı işarələr mövcuddur.  

"Lenta.ru” xəbər portalının məlumatına görə, papirusun vətəni haqqında dəqiq məlumat yoxdur. Lakin mətnin qibti dilində (Misirdə erkən xristianların dili) yazıldığını nəzərə alan alimlər, onun Misirdə tapıldığını ehtimal edirlər. 

Kinqin fikrincə, fraqment II əsrdə qələmə alınmış naməlum İncilin bir parçasıdır. Çünki əlyazmadakı bəzi məqamlar bu yaxınlarda aşkara çıxarılmış Foma, Məryəm və Filippin İncilləri ilə üst-üstə düşür. 

Həmçinin, alim papirusdakı İsa Məsihin həyat yoldaşı ilə bağlı sözlərin onun evli olduğuna dəlalət etmədiyini bildirib. Lakin onlar erkən Xristianlıq tarixini anlamaq üçün önəmlidir. Tarixi sənəddən aydın olur ki, hələ II əsrdə xristianlar arasında İsa Məsihin və davamçılarının ailə həyatından imtina etməsi  məsələsinə dair yekdil fikir yox idi.    

Amerikalı alim tərəfindən açıqlanan papirusun mətni belədir: 
(1) "mənə deyil. Anam mənə həyat verdi”,
(2) "Şagirdləri İsaya dedi”,
(3) "inkar etmək. Məryəm buna layiqdir”,
(4) "İsa onlara dedi: mənim arvadım”,
(5) "O mənim şagirdim ola biləcək”,
(6) "qoy pis adamlar körüklənsinlər”,
(7) " Mənə gəlincə, mən onunlayam, çünki”, 
(8) "surət”. 
Category: Mənəviyyat | Views: 525 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 06:39
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012