Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 23 » «İslam dünyasının Fələstinə göstərdiyi dəstəyi Azərbaycana da göstərməsini tələb etmək lazımdır»
10:52
«İslam dünyasının Fələstinə göstərdiyi dəstəyi Azərbaycana da göstərməsini tələb etmək lazımdır»
 "Müsəlman aləminə müraciət edərək İslam dünyasının Fələstinə göstərdiyi dəstəyin bizə də göstərilməsini tələb etmək lazımdır. Bu zaman Qarabağ münaqişəsi daha tez həll olunacaq. Yəni beynəlxalq, xüsusi ilə Qərb bürokratiya korporasiyasının Azərbaycana diqqət yetirməsi üçün yalvarmaq əvəzinə, İslam amilindən istifadə edərək məsələni güc vasitəsi ilə həll etmək lazımdır."

Bunu Rusiya İslam Komitəsinin rəhbəri Heydər Camal bildirib.

- Suriyadakı hadisələrin gələcək inkişafını necə görürsünüz? Sizin fikrinizcə, Əsəd hakimiyyətdə qalacaq, yoxsa devriləcək?

- Mən Bəşər Əsədin hakimiyyətə qalacağını istisna etmirəm, çünki Yaxın Şərqdəki vəziyyətin gələcək mövcudluğu və inkişafı yolunda vacib olan Əsədin hakimiyyətdən mütləq getməsi məsələsi Obama üçün konkret maraq kəsb etmir. İndi, prinsipcə, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyədən başqa, demək olar, heç kim müxalifəti dəstəkləmir, yəni ABŞ və NATO tərəfindən real dəstək yoxdur. Eyni zamanda, İran Bəşər Əsədə dəstək durub və İslam Respublikasının siyasi nümayəndələri bildirib ki, Tehran Qərbin Suriya taleyinə qarışmasına və münaqişəni Əsəd əleyhinə həll etməsinə heç zaman imkan verməyəcək. Yəni, Əsəd rejiminin davam etməsi mümkündür. Ancaq qeyd etmək lazımdır ki, rejimin silahlı qüvvələri çox kobud şəkildə döyüşürlər. Əslində, Suriya dövlət ordusunun hərbi hazırlığı olduqca aşağı səviyyədədir. Praktiki olaraq, bütün müasir ordularda həll olunan, xüsusi ilə zirehli texnikanın əlavə müdafiəsi və sairə kimi məsələlər orada həll olunmur. Ordu rəhbərliyinin taktiki göstəriciləri çox aşağı səviyyədədir, bütün bunlar müxalifətin mübarizəsini keyfiyyətli şəkildə davam etdirməsinə imkan verir.

- Demək istəyirsiniz ki, onlar zəifdir?

- Yaxın Şərqin ən güclü ordularından biri nüfuzuna malik olmasına baxmayaraq, Suriya ordusu çox silaha malik olan, lakin onlardan istifadə etməyi bacarmayan haşiyəli struktur imiş. Ancaq məsələ konkret Əsədin taleyində deyil. Məsələ orasındadır ki, Suriya meydanı, Suriya cəbhəsi bazasında islam uğrunda tamamilə yeni beynəlmiləl mübariz tipologiyası yaranıb. Bu, Əsədlə mübarizə aparmaq üçün Suriyaya gələn insanlardır. Bu, tamamilə yeni məxluqlar, yeni nəsildir, fikrimcə, siyasi konyunkturanın növbəti mərhələsini məhz onlar müəyyənləşdirəcəklər.

Hazırda ABŞ-da xüsusi xidmətlərin 2030-cu ilə qədər Birləşmiş Ştatların taleyi barədə hesabatı tərtib olunub. Hesabatda dörd variant mövcuddur. Bu variantların heç birində Birləşmiş Ştatlar təkqütblü dövlət deyil. ABŞ üçün ən optimal variantda, o, Çinlə birgə dünyanın taleyini idarə edəcək. Dördüncü variant mənim fikrimcə, daha həqiqətə uyğundur, çünki mən özüm də bu cür variant üzərində işləmişəm. Burada əsas oyunçular HƏMAS, "Taliban", "Hizbullah" və hələ gələcəkdə meydana gələcək yeni siyasi qeyri-hökumət təşkilatları olacaq.

Bu gün mən görürəm ki, Suriyada yeni subyekt – sərkərdə tipi meydana gəlir. Bu, islam ümmətinin siyasi avanqard tərkibini formalaşdırmalıdır. Bu, fəqih - İslam hüquq bilicisi, axund, alim deyil, məhz sərkərdədir. Çünki, bu, sözlərdə deyil, əməldə Məhəmməd Peyğəmbər (s) dövrünə dönüş olacaq. Ona görə ki, bizim peyğəmbərimizin dövründə sərkərdələrin hərəkatı olub, o zamanlarda heç bir axund və alim mövcud olmayıb.

Bu gün passionar təbəqə şəxsi səsə sahib müstəqil siyasi subyekt qismində irəli sürülüb. Bu gün islamın siyasi məqsədi nüfuza və hakimiyyətə yeni sinif gətirməkdir. Marksizmdən fərqli olaraq, proletariat və ya onun arxasında gizlənən hansısa lümen-nomenklatura deyil, məhz döyüşçü tipologiyasında passionerlər gətirməkdir. Yeni sinif bu gün dünyanı idarə edən dünya ictimaiyyətinə, insanlara – klub zadəganlığından tutmuş, bu gün dünya elitasını təşkil edən maliyyə spekulyantlarına qarşı mübarizə aparmalıdır.

Təəssüf ki, onlar hələ çox məsələlərdə köhnə düşüncə formalarından asılıdırlar. Onlar özlərini sələf adlandırırlar, ancaq bununla yanaşı, peyğəmbərin sələflərinin yolu ilə deyil, çox yüzillər sonra yaşamış və islamın mahiyyətini doğru-düzgün anlamayan ərəb alimlərinin yolu ilə gedirlər. Onlar Əbdül Əziz ibn Baz, Şeyx Məhəmməd Saleh əl-Usaymin və amerikalıların Hicaz ərazisinə - Müqəddəs torpağa gəlməsinə haqq qazandıran digər Səudiyyə Ərəbistanı müftilərinin təcrübə və nəzəriyyələrinə müraciət edirlər.

Onlar "Yerin Günəş ətrafında deyil, günəşin Yer ətrafında fırlanır" kimi axmaq fətvalar verirlər, daha sonra isə vəziyyətə görə dəyişirlər. Səudiyyə Ərəbistanı şahzadələrindən biri kosmik gəmidə yer aldıqdan sonra öz mövqeyini dəyişməsi barədə bəyanat verib və səhv etdiyini bildirib. Bax, onlar belə insanlardır. Onlar bu mühitdə ideoloji oyunçulardır, bu da, əlbəttə, təəssüfləndirici haldır.

Mənim fikrimcə, Suriyada müharibə edənlər üzərində təcrübə aparılan laboratoriya nəslidir. Ancaq sabahkı insanlar tamamilə digər düşüncə formasına malik şəkildə müharibə aparacaq və rəhbərlik edəcəklər. İndi bu proses gedir. Sarbonna və Oksford məzunları bu cür hərbi münaqişələrdə təmiz islam maraqları uğrunda iştirak edirlər. Çünki, hələ biz keçmişdə mövcud olan komintern kimi, islam ümmətinin siyasi iradəsini dilə gətirəcək məsul beynəlxalq siyasi subyektə sahib deyilik. Arxasında Səaudiyyə Ərəbistanı və ya qətərlilər tərəfindən maliyyələşdirilən alimlərin dayandığı hərəkatlar mövcuddur, əslində, bu hərəkatlar tamamilə həmin ərəb elitasının qruplaşdırılmış dar maraqlarına tabedir.

- Yəni Səudiyyə Ərəbistanından olan Bandar ibn Sultan kimi?

- Bəli, Bandar ibn Sultan və digərləri kimi. Hazırda Səudiyyə Ərəbistanında bir neçə qruplaşmalar mövcuddur. Fikrimcə, orada sülalə can verir, çünki legitimizmin necə həyata keçiriləcəyi barədə mübahisələr gedir. Qardaş və ya böyük oğul prinsipinə keçmək lazımdır!? Əgər böyük oğul prinsipinə əsaslanarlarsa, hansı hökmdardan başlamaq lazımdır? Hansının üzərində dayanaq? Otuz il əvvəl hakimiyyətdə olan, yoxsa son hökmdardan? İndu qardaşların hər birinin oğlu var. Buna görə, hesab edirəm ki, sülalə can verir və inşallah, o, dağılacaq. Ən maraqlısı bu planda Səudiyyə Ərəbistanının gələcək taleyidir. Fikrimcə, Barak Obama da öz manevrlərində birmənalı olmayacaq. Obamanın şiələrin tərəfində olacağı da istisna edilmir.

- Səudiyyədə yaşayan şiələri nəzərdə tutursunuz?

- Həm Səudiyyədə, həm də İranda yaşayan şiələri. O, bu barədə car çəkməyəcək, Tehranla gizli danışıqlar aparacaq və onu dəstəkləyəcək, və ya İranın Bəhreyn şiələrini dəstəkləməsinə imkan yaradacaq. O zaman biz İslam dünyasının iki müqəddəs abidəsini – Harameyni şiələrin nəzarəti altında olmasını görəcəyik ki, bu da prinsipcə mümkündür. Çünki Səudiyyə xanədanlığına qədər, yəni 28-ci ilə qədər orada Şərif Mekki (Hüseyn ibn Əli, Bəni Haşim qəbiləsinin lideri - red) başçılıq edirdi. Düzdür, o şiə, həşimi deyildi, ancaq sələfi düşüncəsindən uzaq idi. O, İordaniyada, İraqda hakimiyyətdə olan və Hicaza başçılıq edən sülalənin nümayəndəsi idi.

Bu cür vəziyyətin bərpasının şiələrin statusunu və onların Hicazda iştirak və nüfuzunun qəfil dəyişəcəyi istisna edilmir. Ancaq, bu plandan belə çıxır, əlbəttə, planın özü də onu nəzərdə tutur ki, məzhəblərarası qarşıdurma gələcəkdə də davam etdirilsin. Çünki, məqsəd sünnilərdən xəlifət ideyasını oğurlamaqdan və onların, formasını dəyişən qüvvələrə qarşı mübarizəni davam etdirməsindən ibarətdir.

Qərbin planı belədir. Amerikalılar ümid edirlər ki, əgər onlar İranın tərəfində olarsa, sünni radikalları Qərbin dəstəyi ilə lider mövqeyi qazanan şiələrə qarşı mübarizəyə başlayacaqlar. Onlar həm Qərbə qarşı, həm də onun nümayəndəsi kimi şiələrə qarşı mübarizə aparacaqlar. Bu sxem İraqda sınaqdan keçirilib, çünki orada şiə hökuməti ABŞ-ın dəstəyi ilə hakimiyyətə gətirilmişdi. Həm sünnilər, həm də çox sayda sələfilər, məxsusi olaraq, şiələrə və şiə təzyiqinə qarşı mübarizə aparmaq üçün ora yollanmışdılar.

- Yəni "Əl-Qaidə" qismindəmi?

- Həm "Əl-Qaidə", həm də sabiq Baas Partiyasinin sunniləri qismində. Yeri gəlmişkən, onlar I Muaviyə və Yezidə (680-ci ildən etibarən, Omeyyad sülaləsindən olan II ərəb xəlifəsi, I Muaviyyənin oğlu. Əli (ə) nəslinin fəal rəqibi və imam Hüseynin (ə) siyasi düşməni olub və onu izləyib. Yezid tərəfindən göndərilən ordu Kərbəlada imam Əlinin (ə) oğlu və Məhəmməd Peyğəmbərin (s) nəvəsi imam Hüseynin (ə) qoşununu dağıdıb və onu qətlə yetirib- red) çox müsbət yanaşırdılar. Səddamın hakimiyyəti vaxtında sünni zabitlər tamamilə açıq şəkildə Muaviyyəni sahab hesab edir, hətta mömin xəlifələrin sırasına qataraq, onu beşinci xəlifə bilirdilər. Yəni Əl-Malikiyə (İraqın baş naziri-red), Bəsrə şiələrinə qarşı bu cür insanlar mübarizə aparıblar. Onlar bütün Şərqdə yayılacaqlarına ümid edirlər. Demək istəyirəm ki, şəffaflıq və bu cür planların imkanları nöqteyi-nəzərindən bu gün sələfi gənclərinin oriyentasiyalarını dəyişmədən Səudiyyə Ərəbistanı nəzarətindən almaq, onların siyasi məqsədyönlülük vektorunu dəyişmək və onların siyasi düşüncələrini başqa istiqamətə yönəltmək İran üçün olduqca vacibdir.

Bu gün İran düzxətli münaqişəni sanki gücləndirir. Bu, perspektivsiz yoldur. Sələfiləri ayırmaq və onları inancları vasitəsi ilə ələ almaq lazımdır. Onlar təmiz islama inanırlar. Onlara bu nümunələri təqdim etmək, Səudiyyə Ərəbistandan ayırmaq, düzgün yolda olduqlarını göstərmək, ancaq onların həqiqi hesab etdikləri əl-Usayminin, ibn Baz və digərlərinin yalan olduğunu başa salmaq lazımdır. İran sadəcə söyləməlidir: siz sələfisiniz, sizi şiə etmək istəmirik, sələfi olaraq qalın. Müsəlmanın qırılmış dırnağına dəyməyən Bəşər Əsədi kor-koranə dəstəkləmək deyil, bu cür çalışmaq lazımdır.

Əsəd kimdir? O, İsrailə qarşı heç nə etməyən şəxsdir. Bəli, o, öz mövcudluğunu HƏMAS-ı, "Hizbullah"ı dəstəkləməklə və Livana körpü rolunu oynamaqla əldə edib. Bütün bunlar öz əhalisi tərəfindən gələcək etirazlar qarşısında bəhanədir. O, İsrail üçün heç bir təhlükə daşımır.

- Yaxın Şərqdə baş verən bu hadisələr Qafqaza, xüsusən Azərbaycana hər hansı təsir göstərə bilərmi? Belə bir fikir mövcuddur ki, Suriyadan sonra İranın növbəsi gələcək və bu ölkə bir neçə xırda ölkələrə bölünəcək. Buradakı maraqlı məsələ odur ki, Qərb etnik amillərə əl ataraq İranı orada yaşayan azərbaycanlılarının əli ilə məhv etmək niyyətindədir. Bu məsələ ilə bağlı fikirləriniz necədir?

- Bilirsiniz, İran heç vaxt dağılmayacaq. Bundan əlavə, İran bu gün bu perspektivlərlə çox asan oynayır. Mən bildiyimə görə, orada paytaxtın Təbrizə köçürülməsi məsələsi ciddi müzakirə olunur. Ali dini lider Seyid Əli Xamenei, ümumiyyətlə, idarə sinfinin 50%-dən çoxu etnik azərbaycanlılardır. Onlar öz nümayəndəliklərini və regionun yüksək dövlət birliyini qovub, naməlum statusa və gələcəyə malik yeni quruma çevriləcək qədər axmaq deyillər.

İkincisi, əgər Cənubi Azərbaycan həqiqətən də meydana gələrsə, bu, Şimali Azərbaycan üçün fəlakət olacaq. Təbrizdə bəzi millətçi azərbaycanlılarla söhbət apardıqdan sonra mən başa düşdüm ki, bizim orada yerimiz və adımız yoxdur. Onlar gələcək, ayaqlarını siləcəklər, vəssalam. Onlar Qarabağ və istənilən digər məsələni həll edə bilərlər, ancaq Bakının bura aidiyyatı yoxdur. Onlar özlərini milyon dəfə daha inkişaf etmiş və mədəni, bizi isə sovetləşdirilmiş və ruslaşdırılmış hesab edirlər. Onlar düşünürlər ki, biz öz adətlərimizi, islamı bilmirik, baxmayaraq ki, onlar hamısı Azərbaycan dilində olduqca pis danışırlar. Orada Azərbaycan dili təsir olmadan inkişaf edir. Mən düşünürdüm ki, rus dili Azərbaycan dilinə pis təsir edir. Mən orada rastlaşdığım azərbaycanlılar heç bir qramatikaya uyğun olmadan danışırdılar. Düzü, onlar Tehran azərbaycanlılarıdır. Təbrizdə vəziyyət nisbətən yaxşıdır.

Şinali Azərbaycan üçün ən təhlükəlisi İranın süqutudur. Çünki, bu, hazırda Bakıda mövcud olan bütün siyasi elitanın ləğv olunması ilə Azərbaycanın məhvi deməkdir. Bu birmənalıdır, başqa söhbət ola bilməz və Şimali Azərbaycanın hazırkı mənəvi-siyasi vəziyyətini nəzərə alaraq, hansısa müqavimət göstərə biləcəyini söyləmək gülüncdür. Buna görə, Şimali Azərbaycan İranın dağılmaması üçün dua etməlidir.

- Siz Qarabağ mövzusuna toxundunuz. Medvedevin hakimiyyəti illərində rəsmi Moskvanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşləri təşkil olunurdu. Yaxınlarda Putinin prezident vəzifəsini tutmasının bir ili tamam olacaq, ancaq bu cür təşəbbüs barədə heç bir fikir söylənməyib. Bu barədə nə deyə bilərsiniz?

- Bu təşəbbüslər mənasızdır, çünki bu məsələ yalnız hərbi yolla həll olunacaq. Bundan əlavə, bu məsələ yalnız Ermənistanın dövlət kimi ləğv edilməsi ilə həll oluna bilər. Burada yarımçarə ola bilməz. Ermənistanın bütün Azərbaycana, Azərbaycanın isə cavabında yalnız öz əyaləti – Qarabağa qarşı müharibə aparması mümkün deyil. Bu, ola bilməz. Qarabağ probleminin yeganə mənbəyi kimi yalnız Ermənistanın özünə zərbə endirmək lazımdır.

- Ermənistanın KTMT-nin üzvü olmasını nəzərə alsaq, bu nə dərəcədə mümkündür?

- Bu, Rusiyadakı siyasi rejimin ölçülməsi ilə mümkündür. Bu, Rusiya Ermənistanı birbaşa dəstəkləməyə son qoyanda və ya Azərbaycanı dəstəkləməyə başladıqda və yaxud da regionun problemlərindən tamamilə kənara çəkildikdə mümkündür. O zaman Azərbaycan bu məsələni həll edə bilər, çünki Ermənistanın faktiki olaraq əhalisi qalmayıb.

- Belə çıxır ki, Qarabağ məsələsinin həlli bu gün daha çox Rusiyadan asılıdır?

- Həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində ordu saxladığına görə, bəli, ilk növbədə Rusiyadan asılıdır. Buna görə, təbii ki, Rusiya ya faktor olmamalıdır, ya da regionda öz siyasətini 180 dərəcədə dəyişməlidir. Bu, yalnız siyasi rejimin radikal dəyişiklikləri yolu ilə mümkündür.

- Söhbət Ermənistandan düşmüşkən, siz bu ölkədə prezident seçkilərinin nəticələrinin necə olacağını düşünürsünüzmü?

- Onlarda yeni fiqur yoxdur. Hesab edirəm ki, bu uşaqlar - Ermənistanın siyasi elitası sistemi ələ keçirdikləri kimi, onu əldə saxlayacaqlar. Həmçinin Ermənistan durğunluğa məhkumdur, çünki, o, diaspor dotasiyası hesabına mövcuddur. Bu məhv olmağa məhkum qurumdur və bu cür şərtlər altında mövcud olan dövlətdə heç bir siyasi innovasiya ola bilməz. Orada innovasiya üçün resurs yoxdur, orada sistem tab gətirmir. Ermənistan yalnız qohumların "posılkaları" hesabına yaşayır. Orada heç kafe də açmaq mümkün deyil.

 

- Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Necə düşünürsünüz, rəsmi Bakı bundan istifadə edə, Qarabağ və ətraf ərazilərin azad olunması məqsədi ilə İrəvana müəyyən təzyiqlər göstərə bilərmi?

- İki yolla getmək olar. Beynəlxalq bürokratiya qarşısında əyilmək, Ermənistanın beynəlxalq bürokratiya – BMT, Avropa İttifaqı və digərlərinə qarşı mübarizə aparan milli-bürokratik ölkə olması və həmçinin milli-bürokratiya olan Rusiya ilə əlaqədar olması ilə razılaşmaq. Bu, o qədər də yaxşı yol deyil. Bu böyük itkilərə səbəb olacaq problemli yoldur. O zaman Qarabağ öz statusunda və Azərbaycanın suverenliyində böyük itkilər hesabına başa gələcək.

Ümmətin səfərbərliyi yolu ilə getmək olar. Müsəlman dünyasına əl uzatmaq və İslam dünyasının Fələstinə göstərdiyi dəstəyi bizə də göstərməsini tələb etmək lazımdır. Bu zaman Qarabağ münaqişəsi daha fəal sürətlə həll olunacaq. Yəni beynəlxalq, xüsusi ilə Qərb bürokratiya korporasiyasının Azərbaycana diqqət yetirməsi üçün yalvarmaq əvəzinə, İslam amilindən istifadə edərək məsələni güc vasitəsi ilə həll etmək lazımdır. İslam amili bu gün yüksək səviyyəli amildir və ona qarşı beynəlxalq bürokratiya heç nir qüvvəyə malik deyil.

- Yəni İslam dünyasının ümumi cihadı ilə?

- Mən hesab edirəm ki, bu, yeganə yoldur. Rusiyanın neytrallaşdırılması şərtdir. Yəni burada iki amil mövcuddur: Rusiyanın neytrallaşdırılması, İndoneziya və Cənubi Filippinə qədər bütün ümmətin ictimai fikrinin ikinci fələstin kimi Qarabağa dəstək üçün səfərbər olması.

Category: Müsahibə | Views: 697 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Friday, 26.04.2024, 07:30
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012