Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 24 » İsrail parlamentinə seçkilərdə dinyönümlü deputatlar rekord vurub
09:36
İsrail parlamentinə seçkilərdə dinyönümlü deputatlar rekord vurub

İsrail parlamentinə - 19-cu çağırış Knessetinə seçkilərin nəticələrinə görə, dinyönümlü deputatlar, həmçinin qadınlar rekord vurub. "Yeni Şərq”in verdiyi məlumata görə, İsrail tarixində ilk dəfə olaraq 38 dinyönümlü deputat və 26 qadın parlamentə mandat qazanıb.
    Müqayisə üçün qeyd edək ki, ötən 18-ci çağırış parlamentinə seçkilərdə yalnız 22 qadın deputat mandatı qazana bilmişdi.
    "Yeni Şərq"in məlumatında bildirilir ki, dinyönümlü deputatlar aşağıdakı partiyaları təmsil edirlər: 
    "Likud-Beyteynu” – 6 deputat;
    "Yeş Atid” – 3 deputat;
    "Yəhudi Evi” – 10 deputat (11 deputatdan);
    ŞAS partiyasından olan 11 deputatın hamısı;
    "Yəadut ha-Tora” – 7 deputat;
    "Ha-Tnua” – 1 deputat.
    Beləliklə, yeni seçkilərin nəticələrinə görə, yeni tərkibli Knesset İsrail tarixinin "ən dindar” parlamenti olacaq. Bir sıra analitiklər İsrailin siyasi həyatında dinyönümlü siyasətçilərin nüfuzunun getdikcə artması tendensiyasına xüsusi diqqət yetirərək, buna səbəb kimi sekulyar siyasətçilərin adlarının tez-tez korrupsiya qalmaqalları və əxlaqsızlıqda hallanmasını göstərirlər. 
    Dinyönümlü "Yəhudi Evi” partiyasının sədri Nəftəli Bennet isə seçkilərdən sonra verdiyi ilk açıqlamasında bəyan edib ki, "artıq din və dövlət münasibətlərinə yeni reallıqların tələb etdiyi aspektdən yanaşıb, bu mövzu ilə bağlı bütün məsələləri müzakirə etməyin vaxtı çatıb”.
    Xatırladaq ki, İsrail parlamentinə yeni seçkilər 22 yanvar, çərşənbə axşamı keçirilib.
Category: XƏBƏRLƏR | Views: 1279 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Friday, 29.03.2024, 13:29
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012