Main » 2012 » December » 22 » İsrail rejiminin hərbçiləri 8 fələstinlini həbs edib
12:16 İsrail rejiminin hərbçiləri 8 fələstinlini həbs edib |
İsrail rejiminin hərbçiləri İordan çayının qərb sahilində 8 fələstinlini qanunsuz həbs edib. İsrail rejimində dərc edilən "Ediot Ahronot” qəzetinin məlumatına görə, sionist İsrail rejiminin hərbçiləri Fələstin ərazilərində 8 nəfəri həbs edib və onları sorğu-sual üçün istintaq təcridxanasına salıb, - "RİA Novosti”.
İsrail rejiminin hərbçilərinin İordan çayının qərb sahilində reydlər keçirməsi və Fələstin vətəndaşlarını həbs etməsi artıq mütəmadi hal alır. İsrail rejimi burada saxlanılan fələstinliləri ya azadlığa buraxmır, ya da onlara ağır işgəncələr verərək sorğu-sual edir. Əsasən fələstinlilərə bu torpaqları tərk etmələri üçün təzyiqlər olunur.
Qeyd edək ki, hazırda İsrail rejiminin həbsxanalarında qanunsuz olaraq 5 minə qədər fələstinli saxlanılır. Onlar özlərinin elementar hüquqlarından məhrum ediliblər.
|
Category: XƏBƏRLƏR |
Views: 402 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|