Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 24 » İstefası tələb edilən icra başçısı kimdir?
09:45
İstefası tələb edilən icra başçısı kimdir?

Keçmiş deputat və iş adamı, İsmayıllının indiki icra başçısı Nizami Ələkbərovun tərcüməyi-halı

Yanvarın 23-də gecə saatlarına İsmayıllıda baş vermiş məlum kütləvi aksiya bu rayonun icra başçısının adını gündəmə gətirib. İcra başçısı Nizami Ələkbərovun mülkünə hücum edən qəzəbli kütlə onun istefasını tələb edib. 


Kimdir Nizami Ələkbərov? ANS PRESS onun tərcümeyi-halını təqdim edir...

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Həsən oğlu Ələkbərov 2 iyun 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1959-cu ildə Naxçıvan MR Culfa şəhər orta məktəbinin I sinfinə gedib, yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar 1969-cu ildə Mingəçevir şəhər 3 saylı orta məktəbin X sinfini bitirib.

1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1974-cü ildə həmin institutun Mühasibat uçotu ixtisası üzrə tam kursunu bitirərək mühasib-iqtisadçı ixtisasına yiyələnib. 1980-ci ildə Ümumittifaq Qiyabi Hüquq İnstitutuna daxil olub, 1984-cü ildə həmin institutu bitirərək hüquqşünas ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1973-cü ildə Şəki İpək İstehsalat Birliyində mühasib kimi başlayıb. 1976-cı ilin iyun ayından 1981-ci ilin aprel ayına kimi Şəki İpək İstehsalat Birliyində baş mühasib, 1981-ci ilin aprel ayından 1983-ü ilin yanvar ayına kimi isə Şəki rayon İcraiyyə Komitəsində plan komissiyasının sədri işləyib. 
1982-ci ildə rayon Sovetinin deputatı, Şəki rayon xalq məhkəməsinin xalq iclasçısı olub.

1983-cü ildə Azərbaycan SSSR Ədliyyə Nazirliyi sistemində kadrlar şöbəsinin rəis müavini, 1986-cı ildə Nazirliyin qanunvericiliyin sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması İdarəsinin baş məsləhətçisi, 1986-cı ildə Bakı şəhəri keçmiş Oktyabr rayon xalq məhkəməsində stajçı, 1987-ci ildən 1993-cü ilə kimi Bakı şəhəri Yasamal rayonunun xalq hakimi, 1993 - 1994 "İmprotex Holdinq Qrup” şirkətinin vitse-prezidenti, 1994 - 1995 "İmair” aviaşirkətinin icraçı direktoru vəzifəsində işləyib. 

1995 - 2000 Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 

16.03.2001-06.09.2006-cı illərdə isə yenidən "İmproteks” şirkətlər qrupunun vitse-prezidenti vəzifəsində işləyib.

6 sentyabr 2006-cı ildən isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir. 

1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ailəlidir, 3 övladı var.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.
Category: XƏBƏRLƏR | Views: 1371 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 20.04.2024, 12:52
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012