Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 18 » Koçaryanın müsahibəsi Ermənistanı bir-birinə qatıb
13:43
Koçaryanın müsahibəsi Ermənistanı bir-birinə qatıb

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın bir neçə gün öncə "Mediamaks” informasiya agentliyinə verdiyi müsahibə İrəvanda, xüsusilə də özünü genetik baxımdan təmiz erməni sayanlarda ciddi narahatlıq doğurub. 

ANS PRESS-in erməni mətbuatında apardığı araşdırmalardan bəlli olur ki, Ermənistanın siyasi dairələrini ən çox narahat edən məsələ Robert Koçaryanın şəxsiyyət vəsiqəsinə milliyəti erməni yazılanları "qarabağlılara” və "qeyri-qarabağlılara” bölməsi olub. 

Ermənistanın ikinci prezidenti həmin müsahibəsində prezident seçkilərinə qatılmamasını "hakimiyyət uğrunda iki qarabağlı arasında mübarizəyə səbəb olmamaq” istəyi ilə izah etmişdi. 

Ermənistanda tanınmış fikir adamı, telejurnalist və siyasi texnoloq, yerli irəvanlı sayılan Karen Koçaryanı müsahibənin məzmunu həddindən artıq əsəbiləşdirib və hətta onu şərh etmək istəmədiyini deyib: "Xüsusilə də qarabağlılar barədə. Düzü, mən bundan çox əsəbiləşmişəm. Belə çıxır ki, 5 il ərzində cəmiyyətdəki qarşıdurma ört-basdır edilib. Əgər Serj Sarqsyan qarabağlı olmasa idi nə olardı? Yəni biz yerli ermənilər türkük və Robert Koçaryan gəlib ki, bizə qarşı mübarizə aparsın? O, nə danışır”, - deyə Karen Koçaryan əsəbiləşib. 

Erməni siyasi mühitini yaxşı bilən telejurnalistin əsəbləşməsi boş yerdən deyil. Ümumiyyətlə, bizim erməni kimi tanıdığımız və vahid millət saydımız bu toplum 17 fərqli məhəlli dildə danışan və iki (şərq və qərb) ədəbi yazı dilinə malik bir cəmiyyətdir. Onları Qriqoryan kilsəsi və Mesrop Maştosun yunan hərflərini dəyişdirərək düzəltdiyi əlifba birləşdirir. Reallıqda isə ermənilər etnik mənşəcə fərqlənən "daşqahay”, "kro”, "kağas”, "firəng” və "şurdvas”lara bölünür. Qarabağ erməniləri "şurdvas” adlandırılır və bu söz ermənicə "dönmə” mənasını verir. Ermənilər öz aralarında qarabağlıların etnik erməni olmadığını, Qafqaz Albaniyasında yaşamış müxtəlif tayfaların erməniləşmiş təmsilçiləri olduğunu bildirirlər. 

Bəziləri Qarabağ ermənilərinin açıq-aydın xiristian türklərdən törədiyini deyirlər. Bu barədə məhşur rus araşdırmaçısı Veliçko da hələ 300 il əvvəl yazmışdı və o, Qarabağ ermənilərinin 70 faizinin türk mənşəli, 30 faizinin isə Qafqaz mənşəli olduğunu demişdi. Ermənistanın birinici prezidenti Levon Ter-Petrosyan da öz hakimiyyəti dövründə Qarabağa səfər edən zaman oranın rəhbəri Robert Koçaryana "Sən albansan” demişdi və Koçaryan da bunu təsdiqləmişdi. 

"Kro"lar 1850-ci illərdə Suriyanın şimalından İrəvan və Gəncə xanlıqlarına, xüsusilə də Göyçə və Daşkəsənə köçürülmüş xiristian kürdlərin nəslidir. Kürdcə "oğlan” mənasını verən bu söz Ermənistanda geriqalmış, qanmaz adam sözü kimi işlədir. "Kağas”lar İrəvanda hələ xanlıqlar dövründə yaşamış azsaylı yerli ermənilərin nəsilləridir və mənası "şəhərli” deməkdir. Ermənistanda ikinci yerli qruplaşma isə "firəng”lərdir. Dini etiqadca qriqoryan olan bu toplum evdə gizli şəkildə qədim türk dilində danışır. Bir çoxları onları Balkan yarımadasından gəlmiş və erməni millətinin əcdadı sayılan friqlərin nəsli sayır. Amma tarixçilər daha çox firəngləri Orta Asiyadan gəlmiş və İranda, o cümlədən Ermənistanda hakimiyyəti ələ keçirmiş köçəri pirankların (parfiyalıların) nəsili sayırlar və Arşaki sərkərdəsi Tiqranın da firənglərdən olduğu bildirilir.

Lakin bu etnik qruplaşmaların heç biri siyasi baxımdan "şurdvas”larla rəqabət aparmaq iqtidarında deyil. İndi Ermənistanda "şurdvas” adı altında Gəncə, Bakı və Qarabağ erməniləri birləşiblər və yerli əhali ilə düşmən münasibəti şəraitində yaşayırlar. Ermənistandan müşahidə edilən böyük köçün əsasında da bu durur. Yerli əhali "şurdvas”ların təzyiqinə dözə bilmir. "Şurdvas”larla yerli əhalinin birgə yaşadığı kəndlərə iki avtobus gedir - biri yerlilərə, o birisi isə "şurdvas”lara xidmət edir. Məsələn, Vardenisin Mets-Mazra, yəni Böyük Məzrə kəndində vəziyyət belədir. 

Ermənistanda "şurdvas”lara qarşı çıxacaq yeganə qüvvə "daşqahay”lardır. Yerli ləhcədə "gəlmə erməni” mənasını verən bu sözü əsasən Rusiya imperiyası tərəfindən İrəvan xanlığına köçürülmüş Türkiyə və İran erməniləri barədə işlədirlər. "Daşqahay”ların mərkəzi həmişə Gümri, yəni Leninakan şəhəri sayılıb və 1988-ci ildə baş vermiş zəlzələ "daşqahay”ların mövqelərinə böyük zərbə vurdu, nəticədə onlar hakimiyyəti "şurdvas”lara qapdırdılar. Uduzmuş "daşqahay”lar etnik baxımdan türk saydıqları "şurdvas”ların hakimiyyətinə tabe olmamaq üçün miqrasiya yolunu seçdilər. "Şurdvas” hakimiyyətinin Gümrini 20 ildir ki, xarabazarlıqla saxlamağı da bu rəqabətlə bağlıdır. 

İndi əslən Qarabağ ermənisi olan, yəni "şurdvas”ları təmsil edən Robert Koçaryanın 20 il ört-basdır edilmiş bu məsələni gündəmə gətirməsi Ermənistan politoloqlarını təşvişə salıb. Onlar hələ ki, siyasi müstəvidə yaşanan bu qarşıdurmanın ciddi vətəndaş müharibəsinə çevriləcəyindən qorxurlar
Category: XƏBƏRLƏR | Views: 498 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 27.04.2024, 01:11
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012