Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 26 » Kral mini-yubka geyinməyi yasaqladı
12:38
Kral mini-yubka geyinməyi yasaqladı
Afrikada yerləşən və dünyanın ən kasıb ölkəsi olan Svazilenddə kral 3-cü Msvati qadınların mini-yubka ilə top (crop-top) geyinmələrini yasaqlayıb. Kralın fərmanına riayət olunmasına polis nəzarət edəcək.

Kral fərmanında bildirilir ki, qadınların mini-yubka geyinmələri və ya topda gəzmələri "onların zorlanmasına rəvac verir”.

Bundan başqa, fərmanda deyilir: "Əgər qadının əlindən nə isə yerə düşərsə, o, həmin əşyanı aşağı əyilib götürməməli, şaquli vəziyyətdə çömələrək əşyanı götürməlidir ki, yubkasının ətəyi yuxarı qalxmasın”.

Fərmanı pozan qadını 6 aylıq həbs gözləyir. Afrikadakı son absolyut monarxiya olan Svazilenddə bu minvalla 1889-cu ildəki müstəmləkə qanunları bərpa olunub.

Manzini şəhərində küçələrə çıxan qadınlar isə kralın fərmanına etiraz edərək bunun insan haqlarının kobud şəkildə pozulması olduğunu deyiblər.

Kral 3-cü Msvatinin 13 arvadı var. Əhalinin 97 faizinin səfillikdə yaşadağı ölkənin başçısı çox dəbdəbəli həyat sürür.














Category: XƏBƏRLƏR | Views: 335 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:35
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012