Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 29 » Küçədə təsbeh satan baş nazir (FOTO)
09:11
Küçədə təsbeh satan baş nazir (FOTO)

İraq baş naziri Maliki kifayət qədər qaranlıq keçmişə malikdir

İraqın baş naziri Nuri əl Maliki bir vaxtlar Suriya küçələrində səyyar satıcılıq edərək təsbeh, gümüş üzük və s. hədiyyəlik əşyalar satıbmış. "Turk Arab News” saytının məlumatına görə, baş nazir Maliki kifayət qədər qaranlıq keçmişə malikdir. 


Məlumata görə, 4 övlad atası Nuri Kamil əl Maliki və ya Cavad Maliki və ya Ebu Esra 1950-ci ildə Babilin Hile qəsəbəsində dünyaya gəlib. Ərəb dili və ədəbiyyatı üzrə bakalavr və maqistr təhsili almış Maliki 1979-cu ilə qədər İraq Təhsil nazirliyində işləyib.

1979-cu ildə İrana keçən Maliki başda "Dəvət” partiyası hərbi briqadasının komandiri olmaqla bu ölkədə müxtəlif gizli fəaliyətlər göstərib. İran-İraq müharibəsində İran inqlabı keşikçilərinin nəzarətində keçirilən bir çox hərbi əməliyyatı idarə edib və bəzisində şəxsən iştirak edib. 

Nuri əl Maliki 1987-ci ildə İrandan ayrılaraq Suriyaya keçib. İran inqlabı keşikçiləri ilə olan münasibətləri davam edən Maliki "Dəvət” partiyasının bu ölkədə təşkilatlanması ilə məşğul olub. Məlumata görə, burda gizli fəaliyyət göstərən Maliki lazım gəldiyində səyyar satıcılıqla da məşğul olub. 

Bəəs rejiminin devrilməsi ilə İraqa qayıdan Nuri əl Maliki İraq müvəqqəti koalisiyasının amerikalı rəhbəri Paul Bremer tərəfindən Bəəs tərəfdarlarını zərərsizləşdirmə heyətinin sədri təyin olunur. Ölkədə keçirilən ilk parlament seçkisində millət vəkili seçilən Maliki bir müddət vitse-spiker vəzifəsində də çalışıb. 

2006-cı ildən İraqın baş naziri olan Nuri əl Maliki barədə "Wikileaks” saytında bəzi qalmaqallı məqamlar açıqlanıb. Yayılan sənədlərə görə, Maliki sünnilərə, İran müxalifi olan mülki iraqlılara və Bəəs tərəfdarlarına qarşı ölüm briqadaları yaradıb. Bu briqadaların bir çox sui-qəsd, adam oğurluğu, məhkumlara işgəncə hadisələrində adı hallanıb. 
Category: XƏBƏRLƏR | Views: 326 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 08:41
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012