Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aktiv səylərin göstərilməsini davam etdirəcək.
Məlumata görə, bu barədə RF XİN-in rəhbəri Sergey Lavrov "İnterfaks" agentliyinə müsahibəsində bildirib.
"RF MDB məkanında münaqişələrin, hər şeydən əvvəl, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin siyasi yolla nizamlanması üzrə aktiv səylərin göstərilməsini davam etdirəcək", - Lavrov deyib.
|