Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 24 » Əli Əhmədov: “Ermənistan Azərbaycan ordusundan qorxur“
16:12
Əli Əhmədov: “Ermənistan Azərbaycan ordusundan qorxur“
"Serj Sarkisyanın müharibə bəyanatları Ermənistanda prezident seçkiləri öncəsi daxili auditoriyaya hesablanıb”

"Ermənistan Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artmasından çox böyük qorxu hissi keçirir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədov deyib.
 
Ə. Əhmədov bildirib ki, erməni cəmiyyəti ölkə vətəndaşlarının sayında azalmanın hansı həddə olduğundan xəbərdardır və gənclərin ölkədən qaçması haqda müfəssəl bilgiyə malikdir: "Bu bütövlükdə Ermənistandakı ictimai siyasi və mənəvi-psixoloji durumun ən qabarıq göstəricisidir. O ki, qaldı Azərbaycan ordusu ilə Ermənistanın hərbi imkanlarının müqayisə olunmasına, onu qeyd etmək istəyirəm ki, Azərbaycanda orduya dövlət büdcəsindən ayrılan vəsaitin miqdarı bütövlükdə Ermənistanın dövlət büdcəsindən artıqdır. Hesab edirəm ki, bunun özü də çox maraqlı göstəricidir”.
 
Ə. Əhmədov onu da qeyd edib ki, Ermənistanın rəhbərliyi və sıravi vətəndaşlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artmasından çox böyük qorxu hissi keçirir: "Azərbaycanın ordusu, Azərbaycan cəmiyyəti ölkənin ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə həmişə hazır olub. Bu gün də buna hazırdır. Sadəcə Azərbaycan rəhbərliyi və cəmiyyəti münaqişənin qan tökülmədən, müharibəyə yol vermədən nizamlanmasını, dinc yolla həll olunmasını istəyir. Nə qədər ki, bu imkanlar mövcuddur, Azərbaycan münaqişəni dinc yolla həll etməyə çalışacaq. Əgər sülh yolla münaqişənin həlli mümkün olmazsa, Azərbaycan xalqı qəti iradəsini ortaya qoyub pozulmuş ərazi bütövlüyünü qətiyyətlə təmin edəcək. Buna heç kimin şübhəsi yoxdur və Ermənistanda Serj Sarkisyan da daxil olmaqla bunu hamı bilir”. 
Category: XƏBƏRLƏR | Views: 368 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:11
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012