Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » “Məhbusları döyüb heyvan səsi çıxarmağa məcbur ediblər“-MÜRACİƏT
16:20
“Məhbusları döyüb heyvan səsi çıxarmağa məcbur ediblər“-MÜRACİƏT

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu (HAMİ) son günlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində baş verən hadisələrlə bağlı açıqlama yayıb. 

HAMİ-dən daxil olan məlumatda bildirilir ki, təşkilat Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində baş verənlərlə bağlı verilən məlumatları narahatlıqla qarşılayır: "Belə ki, 17 dekabrda həmin müəssisəsədə saxlanılan məhbus Pərviz Mikayılovun intihar etməsi barədə xəbərlər yayılmışdı. Daha sonra mərhumun yaxınları Mikayılovun bədənində çoxsaylı zorakılıq əlamətlərinin olması barədə məlumat verdilər. Mikayılovun KİV-də yayılmış fotoşəkillərində həmin zorakılıq izləri aşkar görünürdü.


Bundan başqa bu günlərdə həmin müəssisədə saxlanılan daha bir məhbusun – Nemət Pənahlının müraciəti yayılmışdır. Müraciətdə qeyd olunur ki, 17 saylı cəzaçəkmə müəssisəsinə qara maskalı şəxslər basqın etmiş və orda saxlanılan məhbuslara zorakılıq göstərmişlər. Nemət Pənahlının müraciətində göstərilir ki, qara maskalı şəxslər məhbusları qandallıyaraq vəhşicəsinə döymüş, onları müxtəlif heyvanların səslərini çıxarmağa məcbur etmişlər". 

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu qeyd olunan ölüm faktından və Nemət Pənahlının müraciətdə göstərilənlərdən – məhbusların təhlükəsizliyindən narahatlıq keçirdiyini bildirir: "Bu narahatçılığa rəvac verən hallardan biri də budur ki, son bir il ərzində belə həyəcanlı məlumatlar daha tez-tez yayılır və cəzaçəkmə müəssisələrində ölüm halları xeyli artıb”.

Məlumatda daha sonra qeyd olunur ki, HAMİ bu faktların araşdırılması üçün Baş Prokurorluğa müraciət edib. Baş Prokurorluğa edilən yazılı müraciətdə, 17 saylı cəzaçəkmə müəssisəsində baş verənlərin araşdırılması və günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması tələb olunub.
Category: XƏBƏRLƏR | Views: 430 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 06:09
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012