Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 29 » Məhkəmə qaynanasını qətlə yetirən gəlinə haqq qazandırdı-ŞOK TƏFƏRRÜATLAR
12:57
Məhkəmə qaynanasını qətlə yetirən gəlinə haqq qazandırdı-ŞOK TƏFƏRRÜATLAR

Qaynanası Pakizə Türkü yaylıqla boğaraq öldürən Laləgülə ömürlük həbs cəzası tələb edilsə də, qaynananın deyingən olduğunu nəzərə alan məhkəmə gəlinin cəzasını yüngülləşdirib.

Azeri-Xeber.ucoz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir il əvvəl ailə həyat quran 23 yaşlı qız Laləgül qaynanası ilə eyni evdə yaşamağa başlayıb. Ancaq 64 yaşlı Pakizə Türk tez-tez gəlininin ünvanınaı təhqiramiz ifadələr işlədib və onu evdən qovmaq istəyib. Laləgülün həyat yoldaşı iş üçün başqa şəhərə getdikdən sonra isə qaynana-gəilin arasında münasibətlər daha da gərginləşib. Bu il noyabrın 28-də yenidən qaynana ilə gəlin arasında mübahisə yaranıb və Laləgül yaylığı ilə 64 yaşlı qaynanasını boğaraq qətlə yetirib. Həbs edilən gənc qadın barəsində "qəsdən adam öldürmək" maddəsi ilə cinayət işi açılıb.

Dünən isə məhkəmə prosesi başa çatıb. Peşman olduğunu etiraf edən 23 yaşlı gəlin deyib: "Mən belə insan deyildim. Ailə həyatı qurduqdan sonra həyat yoldaşımla mənə aid evimiz olmadı. Qaynanam həmişə məni təhqir edirdi. Deyirdi ki, "səni insan bilib gəlin kimi evimizə gətirdik, sənsə ilan kimi oğlumla mənim arama girdin. İtə də rədd ol deyəndə gedir, sən necə heyvansan? "Rədd ol" deyirik, getmirsən". Sonuncu dəfə yenə belə ağır sözlərlə təhqir edərək mənə hücum etdi. O, məni döyməyə başladı. Saçlarımdan tutub sürüdü. Sonra da boğazımdan yapışıb boğmağa başladı. Qayananamın başındakı yaylığı dartıb onun boynuna doladım. Nə qədər o vəziyyətdə qaldığımı xatırlamıram".

Laləgülün həyat yoldaşı isə arvadından şikayətçi olduğunu bildirib və onun ən ağır cəza ilə cəzalandırılmasını tələb edib.

Qaynananın davranışlarını "haqsız təhrik" kimi qiymətləndirən məhkəmə haqqında ömürlük həbs cəzası tələb olunan şübhəlinin cəzasını müddətli həbslə əvəz edib. Belə ki, Laləgülə 12 il 6 ay həbs cəzası verilib.

Category: Kriminal | Views: 485 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 07:05
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012