Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » M. Ə. Rəsulzadə türkçülüyə «pan» damğası vuranlara nə dedi?
13:35
M. Ə. Rəsulzadə türkçülüyə «pan» damğası vuranlara nə dedi?
M.Ə. Rəsulzadənin «Panturanizm. Qafqaz sorunu» kitabını ruscadan çevirən Yadigar Türkel və yazıçı Xaliq Bahadır
AzadlıqRadiosunun dekabrın 16-da saat 23-də efirə gedəcək «İz» proqramı Azərbaycan Cümhuriyyətinin qurucusu M.Ə. Rəsulzadənin yenicə çapdan çıxmış «Panturanizm. Qafqaz sorunu» (1930) kitabına həsr olunub.

Kitabı rus dilindən çevirən Yadigar Türkel və bu nəşrin ortaya çıxmasında payı olan Xaliq Bahadır düşüncələrini «İz»ə anladacaqlar.
 
- Kitab niyə rusca yazılıb?
- Kitabın 1930-cu ildə çıxması hansı zərurətdən doğub?
- İndiyədədək Əmin bəyin 5 kitabını öz puluna çap edən Yadigar Türkel hakimiyyətdən, cəmiyyətdən, siyasi partiyalardan niyə gileylidir?
- Kitabın tanıtımına niyə az adam gəldi? Milli Elmlər Akademiyası tanıtıma gəlmək üçün Yadigar bəyin göndərdiyi 5 taksinin içini niyə doldura bilmədi?  
- Əmin bəyin gələn il çıxacaq 6-cı kitabından - «İran türkləri»ndən nəşriyyata hər ay 50 manat ödəyən qonağımız neçə aydan sonra kitabın tam pulunu verib qurtaracaq?
- Yadigar bəy Rəsulzadənin hansı kitabını Azərbaycan ailəsinin masa kitabı kimi görmək istədi? 
- Və nəhayət, M.Ə.Rəsulzadəni Azərbaycan oxucusuna daha yaxşı çatdırmaq üçün «arı (arınmış) Azərbaycan türkcəsini seçmiş Yadigar Türkel haqlıdırmı? 100 il öncənin yazı dilini çağdaş türkcəyə çevirmək Əmin bəyin ruhunu şad etməkdir, yoxsa  ona sayqısızlıqdır?
 
Bu axşam saat 23-də «İz»dən çıxmayın.
Views: 347 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 19:47
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012