İraq Prezidenti Cəlal Təlabanı bu gün Bağdadda vəfat edib.
"Reuters”ə istinadən verilen xəbərə görə, yerli mətbuat ölkə başçısının insult keçirməsi səbəbindən dünyasını dəyişdiyini yazır.
Xatırladaq ki, onun dünən gecə saatlarında "səhhətinin qəfil pisləşməsi” ilə əlaqədar Bağdad xəstəxanasına yerləşdirilidiyi barədə məlumat yayılıb.
İraqın xarici işlər naziri Huşyar Zibari "Əl Ərəbiyyə" kanalına verdiyi müsahibədə bu məlumatı təkzib edərək, xəbərin doğru olmadığını bildirib.