Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Mehmet Görməz: "Təəssüf ki, Qərbin insan hüquqları haqqında hesabatlarında Xocalı soyqırımı öz əksini tapmır"
12:54
Mehmet Görməz: "Təəssüf ki, Qərbin insan hüquqları haqqında hesabatlarında Xocalı soyqırımı öz əksini tapmır"

"İldə bir neçə dəfə din azadlıqları, insan haqları barədə hesabatlar yayımlanır. Bu hesabatlarda insanların ədalətdən nə dərəcədə uzaqlaşdığını görə bilirik. Nədənsə, həmin hesabatlarda Xocalı soyqırımı ilə bağlı məqamlara rast gəlmək olmur. Yaxud insan haqları ilə bağlı bəlli bir coğrafiyada kiçik hadisənin necə böyüdüldüyünü, digərində isə böyük faciənin üzərindən keçirildiyinin şahidi oluruq".

APA-nın məlumatına görə, bu fikirləri "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxışında Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz bildirib.

O deyib ki, dünyada yeni münasibətlər sisteminə ehtiyac var: "Tarix boyu din-dövlət münasibətləri müxtəlif xarakterli olub. Zaman-zaman dindən dövlət hakimiyyətinin gücləndirilməsi üçün də istifadə edilib. Din cəmiyyətin rifahının və sabitliyinin yeganə qarantı olub. İslam dini - müsəlman coğrafiyasında hər sahədə təməl kimi əsas götürülən normativ dəyərlərin qaynağıdır. Dəyərlər dünyasında islam hər bir müsəlmanın stabil həyat sürməsinə yardımçı olub. Qərbdə isə dünyəvilik din və dövlət arasında münasibətlərdə tənzimləyici rol funksiyasını yerinə yetirib. Dinin dövlətin təsirində tutan yanaşması isə düzgün deyil”.

Mehmet Görməz qeyd edib ki, dini inancını itirənlər mili kimliklərini də itiriblər: "Ötən əsrin əvvəllərindən İslam dininə qarşı hücumlara bəzi dövlət strukturları da dəstək olub. Məsələn, qardaş Azərbaycanın ateizmin hökmranlığı altında keçirdiyi 100 il buna misaldır. Hazırda bir çox ölkələrdə dinin nüfuzdan salınması cəhdlərini müşahidə edilir”.
Category: Mənəviyyat | Views: 523 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 22:59
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012