Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » Memleketimize qar yagdi (köşə yazarı)
11:41
Memleketimize qar yagdi (köşə yazarı)

Rəhman və Rəhim olan Allahın adı ilə!

Salam olsun peyğəmbər ailəsinə və onların dostlarına! Salam olsun İmam Hüseynə və dostlarına! Salam olsun Hicaba və onu müdafiə edənlərə!

 

QAR.... Necə də gözəl səslənir. Qalın tələffüzlü, az hərfli və dərin mənalı. Qar dedikdə ilk öncə insanın ağlına ağ rəngli, buzlu və sulu bir maddə gəlir. Amma mənəvi baxımdan isə QAR - paklıq, təmizlik, xəstəlikdən qurtuluş və s. mənalar ilə də yozulur.

Məmləkətimizə qar yağdı. Lakin, nə olsun. Yağmağıyla bizə nə fayda verdi ki. Yenə köhnə hamam, köhnə tas. Adətən qar yağanda deyərlər ki, şükür ki qar yağdı xəstəliklərin sayı azalar. Amma bizim cəmiyyətdə isə qar yağanda xəstəlikləri təmizləmək əvəzinə özüylə xəstəlik də gətirir. Cəmiyyətimizdə rüsvət, korrupsiya, "HƏ” sözüylə deputet seçkiləri, "MƏNƏM” kəlməsiylə zadniyə atıb kənarda pisliklərə göz yummaq xəstəlikləri. Bütün bunlar maraqlı xəstəlik növünə aid olub, insanları bezdirən keçici və sağalmayan xəstəliklərdir.

İllərdir pisliklərdən nicat tapmaq arzusu ilə yaşayan millətimiz bu gün yenə də qar yağmasının şahidi oldu. Lakin, nicat yox, naümidlik və "YENƏDƏ BELƏ OLACAQ” deməklə öz həyatlarına davam etmək arzusu. Deyilənə görə artıq dünyada narkotik və silah baronları yoxdur. Axı hamısı bizim türmələrdə yatır. Hamısı Hicaba görə həbs olunduqdan sonra "NARKOTİK ATASI” və ya "SİLAH BARONU” ləqəbini alıb içəri girdilər. Lakin onlar azadlıqda qarı görmədilər. Onlar uşaqlarının əlindən tutub qar topu oynamadılar. Onlar qardan "ŞAXTA BABA” düzəltmədilər. NİYƏ? Cavab isə məlum məsələdi. Onlar axı teroristdirlər.

Yağ ey qar. Yağki qəlblərimiz təmizlənsin, yağki xəstəlikdən nicat tapaq, yağki əzmimiz bərkisin.

Görəsən bizlər nə vaxtsa firəvan həyat sürüb, uşaqlarımızın əlindən tutub, qar topu oynayacağıq?! Yoxsa belə gəlib, belə gedəcək?!

Yenə də həyat davam edir. Deyirik ki, yağ ey qar. Yağ ölən bizlərik soyuqdan, borandan və həsrətdən.

Views: 696 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 27.04.2024, 18:37
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012