Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 18 » NATO İranın dünya müharibəsi təhlükəsi yaratmaq barədə ittihamlarını rədd edib
09:42
NATO İranın dünya müharibəsi təhlükəsi yaratmaq barədə ittihamlarını rədd edib

NATO baş katibi Anders Foq Rasmussen Tehranın Türkiyədə "Patriot” raket komplekslərinin yerləşdirilməsinə cavab olaraq Qərbin dünya müharibəsi təhlükəsi yaratmaq cəhdi barədə ittihamlarını təkzib edib.

 

"Mən qəti surətdə bu ittihamları rədd edirəm. Biz əvvəldən aydın şəkildə bəyan etmişik ki, bu tədbir yalnız müdafiə xarakteri daşıyır. Biz orada müttəfiqimiz Türkiyəni müdafiə etmək məqsədi ilə olacağıq və bizim hər hansı hücum niyyətimiz yoxdur”, deyə o qeyd edib.

 

Onun sözlərinə görə, "Türkiyədə "Patriot” raket komplekslərinin yerləşdirilməsindən raket imkanlarından hücum məqsədi ilə istifadə etmək niyyətində olanlar narahat ola bilər”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl İran Silahlı qüvvələrin Baş qərargah rəisi Həsən Firuzabadi bəyan etmişdi ki, Türkiyədə "Patriot” raket komplekslərinin yerləşdirilməsi üçüncü dünya müharibəsi təhlükəsi yaradır.

Category: XƏBƏRLƏR | Views: 405 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 05:35
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012