Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » Ölkənin cənub bölgəsinə güclü qar yağıb
11:59
Ölkənin cənub bölgəsinə güclü qar yağıb
İki gündür cənub bölgəsinə, xüsusən Lerik və Yardımlı rayonlarına güclü qar yağıb.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, Lənkəranda və Astarada qarın hündürlüyü 5-10, Lerik və Yardımlı rayonlarında 40-50, ucqar dağlıq ərazilərdə isə qarın hündürlüyü 70 sm-ə çatıb. Qar bölgədə problemlər yaratmasa da, ucqar dağ kəndlərinə gediş-gəliş çətinləşib. Lənkəran-Lerik və Masallı-Yardımlı magistrallarında avtomobillərin intensiv hərəkətini təmin etmək üçün gün ərzində yollarda ağır texnikalar işləyir.

Sürücülərin sözlərinə görə, qarın yağmasına baxmayaraq, yollar pis deyil, gedib-gəlmək olur.

Yağan qar əhalinin gündəlik həyatında ciddi çətinliklər yaratmayıb. Bütün yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla təminatında problem yoxdur.

Lənkərana mövsümün ilk qarın yağması çoxlarının sevincinə səbəb olub. Xüsusən əkin-biçinlə məşğul olan yerli sakinlər bu qarın məhsuldarlığa müsbət təsir edəcəyini, yazda bol sitrus meyvələri olacağını bildiriblər.

Lənkəran Regional Hidrometrologiya Müəssisəsindən verilən məlumata görə, qarşıdakı 2 gündə intensiv yağıntı davam edəcək, şaxta müşahidə olunacaq.  /SalamNews/
Views: 678 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 04.05.2024, 00:30
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012