Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 18 » Ordu zabiti rüşvətə görə tutuldu
09:24
Ordu zabiti rüşvətə görə tutuldu

Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin hərbi qulluqçusu həbs edilib. "Hərbi mənbələrdən verilən məlumata görə, saxlanılan şəxs silahlı qüvvələrin hərbi qulluqçusu Kamal Ələsgərovdur. 

K.Ələsgərov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin başlanılmasının səbəbi onun Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün komandiri vəzifəsində hərbi xidmətdə olarkən rüşvət almasıdır. 

Müəyyən edilib ki, K. Ələsgərov 2012-ci il iyulun 2-də komandiri olduğu bölükdə hərbi xidmət keçmək üçün yeni gələn əsgər Yunis Vahabova "daha şəraitli və təhlükəsiz olan və düşmənlə üzbəüz olmayan”, şərti olaraq "Efli Güzey” adlanan döyüş postunda qalıb xidmət keçməsi və xidmət müddəti ərzində ona ümumi himayədarlıq etməsi müqabilində 500 manat rüşvət istəyib. Ailə üzvləri ilə əlaqə saxlayan əsgər imtiyazlara görə zabitə 500 manat pul verilməsini deyib. Əsgərin valideynləri qeyd olunan məbləğdə pulu hərbi hissəyə göndəriblər. 

Bu fakta görə Gəncə Hərbi Məhkəməsinin qərarı ilə K.Ələsgərov barəsində 1 ay müddətinə həbs-qətiimkan tədbiri seçilib. Hazırda onun barəsində olan cinayət işi üzrə Qazax Hərbi Prokurorluğunda istintaq hərəkətləri aparılır. Cinayət işi üzrə istintaqa ifadə verən Kamal Ələsgərov elan olunan ittiham üzrə özünü təqsirli bilmir, rüşvət alma ittihamını etiraf etmir.
Category: XƏBƏRLƏR | Views: 505 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 18.04.2024, 05:39
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012