Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 18 » Pakistan mətbuatı 20 Yanvar faciəsindən yazıb
11:51
Pakistan mətbuatı 20 Yanvar faciəsindən yazıb

Pakistanın nüfuzlu ingilisdilli "Centreline” jurnalında və DNA NEWS informasiya agentliyinin buraxılışında "20 Yanvar 1990 – azərbaycanlıların dəhşətli günü” adlı məqaləsi dərc olunub.

Azərbaycanın Pakistandakı səfirliyinə istinadən xəbər verilir ki, tanınmış jurnalist Faruk Riaz Çoudri məqaləsində XX əsrin sonunda Sovet İttifaqının süquta uğraması, ölkədə cərəyan edən hadisələri nəzərdən keçirib.

Yazıda erməni millətçilərinin yaranmış vəziyyətdən sui-istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ əyalətini Ermənistana birləşdirmək iddiasında olduqları və bu məkrli istəklərini həyata keçirmək üçün SSRİ rəhbəri Mixail Qorbaçovun dəstəyini aldıqları vurğulanıb.

Daha sonra, Ermənistanda keçirilən etnik təmizləmə siyasəti nəticəsində 1988-ci il ərzində oradan 300 mindən çox azərbaycanlının zorla sürgün edildiyi, onların bəzilərinin xüsusi amansızlıqla qətlə yetirildiyi, buna etiraz əlaməti olaraq azərbaycanlıların Bakı və digər şəhərlərin meydanlarına axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi və müstəqil Azərbaycan şüarları ilə çıxış etmələri bildirilib.

Məqalədə 1990-cu ilin yanvarın 20-də sovet ordusunun böyük kontingentinin ağır texnika ilə Bakıya daxil edildiyi və silahsız insanlara atəş açdığı, törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilib.

Əməliyyatdan öncə Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladılması nəticəsində insanlar informasiyadan təcrid olduqları, fövqəladə vəziyyətin ordunun atəş açmasından 7 saat sonra elan edildiyi, əməliyyatın əsl məqsədinin müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək niyyəti olduğu bildirilib.

Daha sonra, məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, həyatına olan təhlükəyə baxmayaraq çıxış edib. Onun bu amansız aksiyanı qəti tənqid etməsi, Bakıda cərəyan edən hadisələr ətrafında yaranmış informasiya blokadasını yarması və azərbaycanlıların ürəyində inam hissinin daha da gücləndirməsi, nəticə etibarı ilə mərkəzi sovet rəhbərliyinin planlarını alt-üst etdiyi vurğulanıb.

Yazıda şəhidlərin dəfn mərasiminə gələn bir milyondan çox insanın və bütün Azərbaycanın 40 gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərməsi buna sübut kimi göstərilib.

20 Yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin və Sovet İttifaqının süqutunun başlanğıcı olduğu bildirilib.

Məqalədə, müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevin 16 dekabr 1999-cu il tarixli fərmanı ilə 20 Yanvar qurbanlarına şəhid statusu verildiyi, onların ailə üzvlərinin Azərbaycan dövlətinin qayğı və himayəsində olduqları qeyd edilib.

Hər il yanvarın 20-də yüz minlərlə insanın şəhidlərə öz ehtiramını bildirmək üçün şəhərin ən yüksək zirvəsində yerləşən Şəhidlər xiyabanını ziyarət etdikləri oxucuların nəzərinə çatdırılıb.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

http://dnanews.com.pk/20-january-1990-a-day-of-nightmare-for-azerbaijan-people/

Category: XƏBƏRLƏR | Views: 536 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 25.04.2024, 19:30
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012