Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Prezidentin köməkçisi Öcalanın dostu çıxdı-ŞOK AÇIQLAMALAR
16:31
Prezidentin köməkçisi Öcalanın dostu çıxdı-ŞOK AÇIQLAMALAR

Baş nazirin köməkçisi Bülənt Arınç PKK terror təşkilatının lideri Abdullah Öcalan haqqında maraqlı fakt açıqlayıb. O, Öcalanın tələbə vaxtı namaz qıldığını və iki nəfərlə dostluq etdiyini bildirib. Bülənt Arınç terrorçu və onun dostlarının "Tələbə vaxtı namaz qılan üç dost" kimi tanındıqlarını bildirib və bu məqam Türkiyə mətbuatının diqqətindən yayınmayıb.

Məlumata görə, Bülənt Arınçın bu açıqlamasından sonra "Cihan" xəbər agentliyi PKK terror təşkilatının lideri Abdullah Öcalanın tələbə yoldaşı olan Yaqub İncədən müsahibə alıb.

Türkiyənin "Zaman" qəzetinin yazdığına görə, Öcalanın tələbə yoldaşı PKK liderinin gündə beş dəfə namaz qıldığını və "Nur" söhbətlərinə getmək istədiyini deyib. İncə Öcalanı "Nur" söhbətlərinə aparmadığına görə "çox peşman olduğunu" vurğulayıb.

Bülət Arınç tərəfindən açıqlanan hadisə isə 1965-ci ildə Ankara Tapu Kadastro peşə məktəbində baş verib. Məktəbə qəbul olan Yaqub İncə orada hazırda prezidentin sözcüsü olan Durmuş Yılmaz ilə dostlaşır və onlar hər gün namaz qılmaq üçün məsciddə birgə getməyə başlayırlar. Bir müddət sonra isə 1-ci kurs tələbəsi Abdullah Öcalan iki dostun qarşısını kəsərək, məscidə getmək istədiyini deyir. Bundan sonra Öcalan, İncə, Yılmaz üçlükdə məscidə getməyə başlayırlar. Öcalan bir il onlarla məscidə gedir və namaz qılır. 1965-ci ildə isə dostlar "Nur" söhbətlərinə dəvət edilir.

Yaqub İncə bu dəvəti qəbul etdiyini, ancaq Öcalanı söhbətə aparmadıqlarını açıqlayıb: "Axşam namazından sonra məsciddən çıxdıq. Bizi söhbətə dəvət etdilər. Hazırda prezidentin sözcüsü olan Durmuş Yılmazla bu təklifi qəbul etdik. Abdullah Öcalan da yanımızda idi. Mən Öcalana "sən məktəbə get" dedim. O da "yaxşı" deyib məktəbə getdi. Biz isə söhbətə getdik. O zaman onu o söhbətə aparmamağımın izdirabını hələ də çəkirəm. Yəni Öcalanı "Risaləyi Nur" camaatına qəbul etsəydik, onu bu cür asanlıqla ələ ala bilməzdilər. Amma sonra olanlar oldu. Başına gələnlər gəldi".

Yaqub İncə Abdullah Öcalanın ibadətlərinə həssas yanaşdığını deyib: "Bir gün mən də gördüm. Anası onu axtarmağa gəlmişdi. Öcalan da bizim kimi kənd uşağı idi. Məzun olduqdan sonra Öcalanla bir daha görüşmədim. Ancaq o, həddindən artıq təvazökar idi. Hətta bizdən də təvazökar idi. Məktəb illərində siyasətlə maraqlanmırdı. Daha sonra siyasi elmlər fakultəsində oxuduğunu eşitdim".

Yaqub İncə Öcalanın aldadılaraq bu hala salındığını deyib: "Kaş onu geri çevirməzdim, o söhbətə aparardım. Çox peşmanam, amma hər şeyi Allah bilir. Allahın qədəridir. Bu cür işlərlə məşğul olmaq üçün heç bir elmi də yox idi. Həddindən artıq sakit idi. Sonrakı işləri onu bu hala saldı. Abdullah olmasa da başqa Abdullah olacaqdı. Nə yolla olsa da, bu işi həyata keçirəcəkdilər. Öcalan olmacaydı, başqasını tapacaqdılar. Əlbəttə, insanın ürəyi ağrıyır. Axı tanıdığımız bir insan idi. Niyə belə oldu?".

Category: Mənəviyyat | Views: 435 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 08:52
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012