Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 18 » Putini öldürmək istəyən şəxsə ağır işgəncə verildi
09:23
Putini öldürmək istəyən şəxsə ağır işgəncə verildi

Rusiya prezidenti Vladimir Putini öldürmək istəyən Adam Osmayev Odessadakı məhkəmədə əvvəlcə verdiyi ifadəsini təkzib edib. "İnterfax" yazır ki, A. Osmayev hüquq-mühafizə orqanlarının əməkdaşlarının ona işgəncə verdiklərilə bağlı şikayət edib. 

O deyib ki, fiziki və psixoloji təzyiqlər nəticəsində ifadə verib. Onun iddiasına görə, Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşları onun başına əlləri, ayaqları, tapançaların qulpu ilə vurublar. Başına paket geyindirərək ona narkotik maddələr vurublar. 

Adam Osmayev bu zərbələr nəticəsində qabırğalarında çatlar əmələ gəldiyini iddia edir. Onun fikrincə, məhz buna görə bir neçə ay güclü ağrıdan ayağa qalxa bilməyibmiş. Osmayeva deyib ki, onu döyənlər Putin və Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sui-qəsd təşkil etməsini etiraf etməyi tələb ediblər. 

İndi Adam Osmayev onun məhkəmə işinə üç hakimin baxmasını istəyir. Onun Оdеssada 4 fevral 2012-ci ildə Tiraspolsk küçəsindəki partlayışda əli olduğu iddia edilir. Hadisə nəticəsində rusiyalı Ruslan Madayev həlak olmuşdu, Qazaxıstan vətəndaşı isə İlya Pyanzin isə yaralanmışdı.
Category: XƏBƏRLƏR | Views: 462 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Wednesday, 24.04.2024, 05:34
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012