Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 24 » “Putinin Azərbaycana təzyiqləri güclənir“-ŞƏRH
13:49
“Putinin Azərbaycana təzyiqləri güclənir“-ŞƏRH

Qabil Hüseynli: "Rusiya Aəzrbaycanla ticarət əlaqələrinə məhdudiyyətlər qoyur, yaxın vaxtlarda isə bu ölkədə çalışan azərbaycanlıların deportasiyası məsələsi gündəmə gələcək"


Rəsmi Moskva 2013-cü ilə ciddi hazırlaşır. Ötən həftə keçirdiyi mətbuat konfransı ərəfəsində prezident Vladimir Putinin 2014-cü ildə Avrasiya İqtisadi Birliyi ilə əlaqədar razılaşma əldə olunacağına daim açıqlaması bu ölkənin imperiya ambisiyalarınınn getdikcə gücləndiyindən xəbər verir. Kollektiv Təhlkəsizlik Müqaviləsi Təşkilatının iclasından sonra jurnalistlərə açıqlamasında Putin SSRİ-nin iqtisadi baxımdan yeni forması olan Avrasiya İqtisadi Birliyinin əsas üzvləri Rusiya, Belarus və Qazaxıstan hökumətlərinin gələn ildən etibarən real addımlar atacaqlarını söyləyib.

Putinin MDB ölkələrini öz ətrafında birləşdirməklə Rusiyanı yenidən supergücə çevirmək planı, bu planın Azərbaycana, regiona təsiri və digər məsələlər ətrafında Teleqraf.com-un suallarını politoloq Qabil Hüseynli cavablandırır.
 

- Qabil bəy, Putin son günlər Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı bir neçə açıqlama verib. 2013-cü il ərəfəsində belə açıqlamaların verilməsi nəyə hesablanıb? 

- Belə görünür ki, Putinin niyyəti Rusiyanı yenidən supergücə çevirib, imperiya maraqlarını təmin etməkdir. O, indidən postsovet ölkələrinə mesaj göndərir ki, 2013-ə hazır olun, azad iqtisadi əməkdaşlıq zonası yaratmaq ideyası var. Deyim ki, dünya bütünlüklə Rusiyanın xarici siyasətinin əleyhinədir. Qərb ölkələrinin rəsmiləri bildirir ki, Putin keçmiş SSRİ-ni yenidən bərpa etmək istəyir. MDB-nin vahid valyutası, azad iqtisadi məkan, hərbi ittifaqlar və digər birliklər hamısı imperializmin qurulmasına hesablanıb. Rusiya guya bölgədə Avropa Birliyi kimi ittifaq yaratmaq istəyir. Amma hər kəs bilir ki, region ölkələri bərabər gücdə deyil və Moskva ilə bir ittifaqda olmaq istəmir. Avrasiya Birliyi ideyası Rusiyaya məxsusdur və onun diqtəsilə yaradılır. Bunu MDB ölkələri çox yaxşı başa düşür. Bu məsələdə Azərbaycan tam müstəqil siyasət yürüdür. Rəsmi Bakı MDB-nin Aşqabad sammitinə qatılmadı. Nə Kollektiv Təhlükəsizlik Təşkilatına, nə də gömrük ittifaqına qoşulduq. 

Moldova da təxminən Azərbaycanla eyni addımları atır. Rusiya bu ölkəni barmağına dolayıb. Moldova Rusiyanın ona vurduğu zərbəni heç vaxt unutmayacaq. Bu ölkə ərazi bütövlüyü uğurunda mübarizəsini davam etdirəcək. Moldova artıq Avropaya inteqrasiya yolunu tutub. 

Ukrayna çətin vəziyyətdədir. Qərbə doğru addımlar atır. Qərb rəsmi Kiyevə Avropa Birliyinin azad ticarət zonasına qoşulmasını təklif edir. Bu baş tutsa, Ukraynaya Avropadan kreditlər veriləcək, sərmayələr yatırılacaq. Yanukoviç bunu nəzərə almaya bilməz. O, MDB-nin gömrük birliyinə qismən qoşulmaq barədə qərar verib. Putin isə bu qərardan hiddətlənib. Görünür, Yanukoviç artıq Rusiyanın çaldığı havaya oynamaq istəmir. 

Türkmənistan prezidenti BMT-nin tribunasında bəyan etdi ki, onun ölkəsi neytraldır. Bu ölkə özünü MDB-nin üzvü hesab etmir. Düşünürəm ki, Türkmənistan Putinin axmaq qərarını qəbul etməyəcək. 

Tacikistan və Qırğızıstan Rusiya onlara 3 milyard dollar yardım edəcəyi təqdirdə ittifaqa qoşulacaqlarını bildiriblər. Qırğızıstanda deimokratik təsisatlar artıq oturuşub. Bu ölkə çətin ki, sona qədər Avrasiya İttifaqı ideyasına tabe olsun. Bu ölkədə baş verən demokratik proseslər xarici siyasətə də təsir göstərir. Qırğızıstan Rusiyanın bel bağladığı ölkələrin sırasına daxil deyil. 

Qazaxıstan SSRİ dağılandan sonra Rusiya ilə münasibətlərində ziqzaqvari addımlar atıb. Rusiya bu ölkənin şimal torpaqlarına göz dikib. Torpaq iddiası ilə Qazaxıstanı nəzarətdə saxlayır. Bununla belə Nazarbayev ölkəni qorumaq və rus qoşunlarını çıxarmaq üçün səylərini davam etdirir. Aborigen xalqların üstünlük təşkil etməsi üçün demoqrafiq siyasət yürüdülür. Sovet dövründə Qazaxıstanda qazaxlar 18, ruslar 62 faiz idi. İndii qazaxlar 70, ruslar isə 10 faiz civarındadır. Qazaxıstanı sıxıntı içində saxlayan onun etnik tərkibi və Rusiya ilə coğrafi yaxınlığı olub. 

Belorus isə dəfələrlə Rusiya ilə konfederasiya yaratmaq təklifini irəli sürüb. Sonra bu ideyanı pozub. Lukaşenko tez-tez mövqeyini dəyişən prezident kimi tarixə düşəcək. Sürüşkən siyasətçidir. Onun ipinin üstünə odun yığmaq olmaz.


Özbəkistan Kollektiv Təhlükəsizlik Təşkilatından çıxmaq istəyir. Bu, onun gələckədə Avrasiya İttifaqına qoşulmayacağına işarədir. İslam Kərimov MDB gömrük ittifaqından çıxa bilər. Son illər Özbəkistan Qərbyönümlü siyasət yürütməyə başlayıb. 

Düşünürəm ki, başda ABŞ olmaqla Qərb ölkələri Rusiyanın imperialist siyasətinə mane olsalar, Putinin ideyası iflasa uğrayacaq. Son vaxtlar Putinin səhhəti ətrafında da şayiələr yayılıb. Bəzən onun imperialist bəyanatları bu şayiələrin doğruluğunu təsdiqləyir. Rusiyanın öz daxilində də ciddi proseslər getməkdədir. Putinin başqa ölkələrin xalqlarına gətirəcəyi narahatlıq Rusiyanın daxilində ciddi gərginlik, narahatlıq yara bilər. 

- 2013-cü ildə Rusiyada demokratik proseslərin sürətlənəcəyini, eyni zamanda bu ölkədəki xalqların milli haqları uğrunda mübarizəni gücləndirəcəklərini düşünmək olarmı?

- Rusiyanın daxilində mərkəzdənqaçma meylləri güclənir. Tatarıstanda siyasi vəziyyət kifayət qədər narahatdır. Yeltsinin dövründə bu respublika prezidentini özü seçirdi. Özünün büdcəsi, müstəqil xarici iqtisadi siyasəti, xarici ölkələrdə nümayəndəlikləri var idi. İndi bu imkanlar Tatarıstanın əlindən alınıb. Bununla əlaqədar olaraq son vaxtlar Tatarıstan və Başqırdıstanda millətçilik ideyaları güclənib. Tatarıstanın baş müftisi İldus Fayzov Rusiyanın tatar xalqına verdiyi qiyməti tənqid edib. Tatar xalqının üstünlükləri və Rusiyanın siyasətini tənqidi barədə yazdığı broşüra ciddi rezonans doğurmuşdu. Son vaxtlar Tatarıstanda bir neçə dəfə Rusiya əleyhinə aksiyalar olub. 

Rusiya müxalifəti əvvəlki kimi passiv və pərakəndə deyil, yavaş-yavaş təşkilatlanır. Hakimiyyətin dərin qatlarına nüfuz etməyə başlayıblar. Müxalifət liderləri arasında sazişlər bağlnılır, vahid Rusiya müxalifətinin yaradılması reallaşmaq üzrədir. Müxalifət Moskvada və ətraf şəhərlərdə böyük mitinqlər keçirməyə nail olur. Bütün bunlar Rusiyanın daxilində anti-Putin hərəkatının gücləndiyindən xəbər verir. Putinin mətbuat konfransında ona sual verdilər ki, barənizdə yayılan lətifələrdən xəbəriniz varmı? O isə cavab verdi ki, köməkçilərim qorxaqdır, bu barədə ona heç bir məlumat vermirlər. 

Ardınca jurnalist «folklora düşən digər ölkə başçılarının taleyi barədə düşünmüsüz» sualına Putin cavab verə bilmədi. Aydın məsələdir ki, barəsində lətifələr qoşulan prezidentin nüfuzdan düşməsi an məsələsidir. Mətbuat konfransında Putin hakimiyyətinin sonunun yaxınlaşdığına da işarə etdi. Dedi ki, hakimiyyətdən gedəcək və ondan sonra hakimiyyəti vətənpərvər birisi idarə etməlidir. Hazırda Rusiyanın supergüc olmasını şərtləndirəm şərait mövcud deyil. 

- Bir neçə gündür Samur keçid məntəqəsində Azərbaycandan Rusiyaya gedən yük maşınlarının ölkəyə girişinə imkan verilmir. Bu maneənin Qəbələ RLS-nin bağlanılması ilə hər hansı əlaqəsi varmı?

- Birbaşa əlaqəsi var. Rusiya Qəbələ RLS-dən imtina edəndə bildirmişdim ki, bu imtinadan sonra Rusiya Azərbaycana qarşı müəyyən addımlar atacaq. Artıq ticarət əlaqələrinə məhdudiyyətlər qoyulur. Yaxın vaxtlarda bu ölkədə çalışan azərbaycanlıların deportasiyası məsələsi gündəmə gələcək. Dağıstanda yaşayan etniklər Azərbyacana qarşı qaldırılır. Dağıstanda nəşr olunan «Novoe Vremya», «Kavkazskie Novosti» qəzetləri və müxtəlif saytlar Azərbaycanı burada yaşayan avar və ləzgilərin hüquqlarını pozmaqda ittiham etməyə başlayıb. Putinin mətbuat konfransında Azərbaycanlı jurnalistlərə sual üçün şərait yaratmaması və sonda «bilirəm siz Qarabağla bağlı sual verəcəkdiz» kimi kinayəli reaksiyası göstərir ki, RLS bağlanandan sonra Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı siyasətini Ermənistanın xeyrinə daha da dəyişdirəcək. 

Putin şovnizmi Rusiyanın rəsmi siyasəti səviyyəsinə qaldırmaq istəyir. 

- Rusiya və İran kimi ölkələrin arasında yerləşməsi Azərbaycanın xarici siyasətinin müstəqilliyinə nə dərəcədə təsir göstərir?


- Elə məsələnin mahiyyətində bu durur ki, həm İran, həm də Rusiya istəyir ki, Azərbaycan müstəqil xarici siyasət yürütməsin. Artıq Azərbaycan Rusiyadan deyil, İsraildən silah alır. Həmçinin rəsmi Bakının «Suriyanın dostları» klubuna qoşulması qonşularımızı qıcıqlandırır. Qara dənizin altı ilə təkbaşına qaz kəməri çəkən Rusiya TransXəzər qaz kəmərinin çəkilməsinə qarşı çıxır. Buş başadüşülən deyil. 

- Rusiyanın imperialist maraqlarının güclənməsi fonunda 2013-cü ildə Azərbaycanda etnik qarşıdurmaların, siyasi çaxnaşmaların və cəbhə xəttində atəşkəsin rəsmən pozulması ehtimallarıni necə dəyərləndirirsiz?

- Rusiyanın özünə qalsa, Azərbaycanın və digər qonşu ölkələrin müstəqilliyi çoxdan sual altında idi. Qeyd etdiyim kimi, Şimali Qafqazdakı mətbu orqanları «Sadval» hərəkatının bərpası ilə bağlı geniş materiallar dərc edirlər. «Sadval» təşkilatı artıq qurulub. Bu təşkilatın nə vaxtsa aktiv fəaliyyətə keçəcəyi şübhəsizdir. Yayda Moskvada "Rusiya və Azərbaycan sərhədləri ilə ayrılan ləzgi və avar xalqlarının hüquqları” mövzusunda beynəlxalq konfrans keçirildi və orada Azərbaycanda guya ləzgilərin hüquqlarının pozulduğuna dair fikirlər səsləndirildi. Rusiya Azərbaycanlıları Konqresinin parçalanması, «Milyarderlər ittifaqı»nın yaradılması, Xəzər dənizində hərbi donanmanın gücləndirilməsi, Şimali Qafqazdakı 62-ci ordunun genişləndirilməsi hamısı gözlənilən təhdidlərin işarələridir.
Category: Siyasət | Views: 488 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 17:08
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012