Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 18 » Qəbələ RLS-i Ermənistana lazımdır?
12:20
Qəbələ RLS-i Ermənistana lazımdır?

Qabil Hüseynli: "Azərbaycan tərəfi çalışacaq Qəbələ RLS-dən sonra Rusiya ilə münasibətlərini daha da inkişaf etdirsin”


Son zamanlar Ermənistan mətbuatının gündəmini zəbt edən məsələlərdən biri də Rusiyanın Qəbələ RLS-dən imtinası ilə bağlıdır. Erməni siyasi şərhçiləri iddia edirlər ki, Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycana zərbə olacaq və bu məsələdə ölkəmiz itirən tərəf olacaq. Azərbaycan politoloqları isə başqa fikirdədirlər.
 

Politoloq Tofiq Abbasovun ANS PRESS-ə açıqlamasına görə, əslində Qəbələ RLS-in Azərbaycan ekologiyasına və təbiətinə vurduğu zərər milyardlarla ölçülməlidir: "Əgər bu stansiya Rusiyaya lazım deyilsə, onda Azərbaycana qəti lazım deyil. Azərbaycan onsuz da o dərəcədə düşmən qüvvələrlə əhatə olunmayıb ki, raket hücumundan müdafiə olunsun. Bu stansiya SSRİ-yə lazım idi. İndi Azərbaycan müstəliq dövlətdir və istədiyi qərarı verə bilər”. 

Tofiq Abbasov erməni siyasi şərhçilərinin iddialarına da fikir bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiyanın Qəbələ RLS-nin istismarından imtina etməsindən nəinki uduzacaq, bu məsələdə hətta udacaq. "Qəbələ RLS-in fəaliyyətinin dayandırması bölgədə ən azı ekoloji tamlığı bərpa edəcək.Son zamanlar turizm bölgəsi kimi xüsusi diqqət ayrılan Qəbələni daha da inkişaf etdirəcək. İnanıram ki, bu məsələ Rusiya-Azərbaycan münasibətlərinə çox cüzi təsir edəcək”, deyə politoloq bildirib. 

Tofiq Abbasov Qəbələ RLS-in ABŞ və İsrail tərəfindən istismarının mümkünlüyünə də münasibət bildirib. Politoloq qonşu ölkələrə qarşı təxribat olacağı təqdirdə Azərbaycanın buna dəstək verməyəcəyinə əmin olduğunu bildirib. "Bir də ki, əvvəllər ruslar özləri Qəbələ RLS-i ABŞ təklif etmişdi. Ancaq Amerika bu stansiyanı işlətməkdə maraqlı deyil, çünki stansiya zaman tələbi baxımından çox köhnəlib”. 

Politoloq Qabil Hüseynli Rusiyanın Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda birdən-birə Qəbələ RLS-indən imtinasını siyasi manevr hesab edir. Onun fikrinə görə, ermənilərin bu məsələ ətrafında qaldırdıqları hay-küyə səbəb yoxdur. "Bəzi rusiyalı siyasətçilər hesab edirlər ki, Rusiya hələ Qəbələ RLS-dən ümidini tam üzməyib. Bu danışıqlar hələ bərpa olunacaq. Ancaq mən elə hesab edirəm ki, Rusiyanın Qəbələ RLS-i ilə bağlı maraqları tükənib. Azərbaycan əslində öz ayaqları üzərində möhkəm dayana bilən müstəqil bir dövlətdir. Azərbaycan tərəfi çalışacaq Qəbələ RLS-dən sonra Rusiya ilə münasibətlərini daha da inkişaf etdirsin”. 
Category: XƏBƏRLƏR | Views: 335 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 11:47
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012