Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 28 » Qadın zorlandıqdan sonra diri-diri yandırıldı
15:08
Qadın zorlandıqdan sonra diri-diri yandırıldı

Ağlasığmaz cinayət Yunanıstanın Ksanti şəhərində törədilib

Yunanıstanda ağlasığmaz cinayət törədilib.Məlumata görə, dünən Yunanıstanın şimalında, Ksanti şəhərində 37 yaşlı qadın zorlanaraq döyülüb, sonradan isə diri-diri yandırılıb.


Belə ki, naməlum şəxs 37 yaşlı qadını yaşadığı evin qapısının ağzında zorlayıb. Onun bədənində çoxsaylı xəsarətlər aşkarlanıb. Həmçinin qadının bədənində 2 bıçaq zərbəsi və başında isə kəllə-beyin travması müəyyən edilib.

Müəyyən edilib ki, qadın zorlandıqdan, möhkəm döyüldükdən və bıçaqlandıqdan sonra diri-diri yandırılıb. Cinayətkar onun bədəninə benzin tökərək yandırıb. Qadının fəryadına qonşuları, həmçinin qadının atası hadisə yerinə gəlsə də, artıq çox gec olub. Qadının bədəni tanınmaz hala düşdüyündən ilk öncə onu tanımaq mümkün olmayıb. Lakin sonradan kişi qızını üstündə evlərinin açarını gördükdən sonra tanıyıb.

Polis cinayətdə şübhəli bilinən yaxınlıqdakı mağazanın sahibi 35 yaşlı kişini saxlayıb. Onun avtomobilindəki barmaq izləri, qadından götürülən nümunələr və hadisə şahidlərinin ifadələri saxlanılan şəxsin cinayəti törətdiyini bir daha sübut edib.

Qeyd edək ki, qadın başqa şəhərdə yaşayırmış və Milad bayramını valideynləri ilə birlikdə keçirmək üçün bura gəlbimiş. Qadının cənazəsi bu gün dəfn edilib.
Category: Faciə | Views: 387 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 06:02
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012