Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » Ərəblinskini Tağıyev öldürtdürüb? – ARAŞDIRMA, FOTOLAR
14:59
Ərəblinskini Tağıyev öldürtdürüb? – ARAŞDIRMA, FOTOLAR
Ərəblinskini Tağıyev öldürtdürüb? – ARAŞDIRMA

]1919-cu ilin mart ayının 4-ü saat axşam saat 6-7 radələrində Çadrovıy küçəsi (indiki Mirzağa Əliyev küçəsi), 121 N-li evdə atılan güllənin səsi bütün Bakını silkələdi. Adı Azərbaycan mədəniyyəti tarixinə ilk peşəkar aktyor məktəbinin yaradıcısı, Şərqdə ilk operanın rejissoru, dünya klassiklərinin bir sıra əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirmiş böyük yenilikçi, 60-a qədər tamaşanın quruluşçu rejissoru, 70-ə yaxın unudulmaz obrazın ifaçısı kimi düşmüş Hüseyn Ərəblinski qətlə yetirilmişdi. Çox qısa- 38 illik ömür yolu ziddiyyət və  müəmmalarla dolu olan bu böyük sənətkarın elə qəfil ölümü də bütün həyatı kimi müəmmalı oldu və bu günə qədər də müəmma olaraq qalır.[/B]

Ərəblinskinin qətlinin səbəbi və baş vermə şəraiti  haqqında  bu gün hamıya məlum olan və ən çox yayılmış  versiya belədir:
1919-cu il mart ayının 4-də axşam saat 6-da Hüseyn Ərəblinskinin dayısıoğlu Əbdülxalıq, onu evlərinə nahara çağırır. Dayısı Hacı Əbdülkərimlə aralarında mülk üstündə konflikt olduğuna görə Hüseyn getmək istəmirmiş. Çox söhbətdən sonra Əbdülxalıq onu yola gətirir. Hüseyn həyat yoldaşı Asyanı da götürüb onlara gedir ([I]Bəzi versiyalarda Ərəblinskinin tək getdiyi söylənilir[/I]). Stolun başında oturub çörək yeməyə başlayırlar.  Nə səbəbdənsə aralarında mübahisə yaranır və Əbdülxalıq tapançasını çıxarıb Hüseyni boğazından vurur.  Özü isə qaçır. Əbdülxalıqın Hüseyni qətlə yetirməsinin əsas səbəbi kimi, onun aktyorluq etməsi, bığını qırxdıraraq qadın rolları oynaması göstərilir. Elə onun müasirlərinin xatirələrində də azacıq fərqlə əsasən bu versiya təsdiqlənir. Ancaq  çox maraqlıdır ki, həmin dövrün mətbuatında gedən bir sıra materiallar və bu hadisəylə bağlı əlimizə gəlib çatan azsaylı sənədləri bir yerə toplayıb cəm halında baxanda tamam fərqli bir mənzərə yaranır. Qətlin motivləri ilə bağlı neçə-neçə suallar  və şübhələr meydana çıxır.
Bakı Polismeysterliyinin 4-cü sahəsinin pristavının martın 5-də - yəni hadisənin səhəri günü  Şəhər Polismeysterliyinə təqdim etdiyi raportda deyilir:

"[B]Məlumat verirəm ki, mart ayının 4-də axşam saat 7 radələrində Çadrovı küçəsi 121 N-li evdə səhnə təxəllüsü Ərəblinski olan, artist Hüseynbala Xələfov  revolverdən açılan atəşlə Əbdülxalıq Hacı Əbdülkərim oğlu tərəfindən öldürülüb. Qatil həbs edilib. Bakı şəhəri 2-ci sahənin müstəntiqinə məlumat verilib[/B]”. ([I]Azərbaycan Dövlət Arxivi, f.2767, op.2 q.116, vər.529[/I])  Ancaq bu raportdan bir gün sonra, yəni martın 6-da  rəsmi mətbuatın Ərəblinskinin öldürülməsi ilə bağlı yaydığı informasiya tamam fərqli idi.

"[B]Çərşənbə günü  saat 6-da müsəlman səhnəsinin tragiki, aktyor Hüseyn Ərəblinski, öz evində revolverdən açılan atəşlə öldürülüb. Qətlin törədilmə şəraiti və səbəbi hələlik aydınlaşdırılmayıb. Güman edilir ki, o, şəxsi haqq-hesab zəminində öz kürəkəni tərəfindən öldürülüb. Qatil, qətli törətdikdən sonra qaçıb gizlənib. Onun axtarışı üçün operativ tədbirlər görülür[/B]”.
[I]"Azərbaycan” qəzeti  N 49  6 mart 1919-cu il[/I]

Bu, iki dildə nəşr olunan  rəsmi dövlət qəzetində gedən informasiyadır.  Ancaq sonrakı günlərdə də çıxan qəzetlərə diqqət yetirsək,  istintaqın uzanmasının, qatilin kimliyi və qətlin səbəbləri barədə heç bir rəsmi məlumatın verilməməsinin əhali arasında, xüsusən də ziyalılar arasında ciddi narazılığa səbəb olduğunu görərik. 

[B] "Gələcək” qəzetinin 1919-cu il 14 mart tarixli 12-ci nömrəsində[/B] Həvəsli imzası ilə çıxış edən Əziz Şərif yazırdı:

"[B]Azərbaycan qaydasızlığından, qarışıqlığından mənfəətbərdar olub, zalım qatil, türklər içində əvvəlinci şəxslərdən birini məhv etdi. Fəqət lazım gəlir ki, Azərbaycan hökuməti bütün qüvvəsi ilə qatili axtarıb tapıb, ona cəza etsin. Ta o biri canilərə ibrət olsun. Zalim həriflər görsünlər ki, nahaq yerdən, türk məişətinə və tərəqqisinə xidmət edən şəxslərə qəsd edənlər bütün millətin düşməni hesab olunur[/B]”.

Həmin günlərdə dövlət idarələrinə və qəzet redaksiyalarına göndərilən belə müraciətlər onlarla idi.

Bakı deposu müsəlman fəhlə və xidmətçilərinin nümayəndələri nümayişə çıxıb Ərəblinskinin qatilinə ölüm cəzası tələb edirdilər. Tiflis şəhərindəki dram dərnəyi artistləri onların səsinə səs verirdilər.

Onların [B]"Azərbaycan” qəzetinin  17 mart tarixli 138-ci sayında[/B] dərc olunmuş müraciətində deyilirdi:

"[B]Biz müsəlman fəhlələri, bir əsgər kimi səhnəmizdə hürriyyət və istiqlaliyyət yolunda cannisar edən Hüseyn Ərəbli kimi ziyalı böyük bir səhnə xadimindən məhrum olduq. İştə buna binaən aramızda mərhum kimi nadir bir vücudun qatillərini ağır bir surətdə cəzalanmalarını gənc Azərbaycan hökumətindən rica etməklə bərabər tələb edirik[/B]”.

Həmin dövrdə hökumətə daha yaxın olan böyük bəstəkar Üzeyir Hacıbəyovun Mizrab təxəllüsüylə  "Övraqi-nəfisə” qəzetində yazdığı məqalədə də eyni fikirlər yer alırdı.
 "[B]... bu məzlumun, bu zərərsiz insanın, bu kimsəsiz və arxasız cavanın qətl facianəsi əsrarını örtən pərdəni qaldırmaq və bu sirri faş etmək hər kəsin mənəvi borcu olduğu kimi, ən əvvəlcə cavan dövlətimiz Azərbaycan hökümətinin müqəddəs vəzifəsidir[/B]”.
Yuxarıda göstərdiyimiz sənəddən və martın 6-da  Bakı şəhər Polismeysterliyinin qatil və qətlinin səbəbləri haqqında Bakı General-qubernatoruna göndərdiyi rəsmi sənəddən də ([B]Azərbaycan Dövlət Arxivi, f.1046, op.4 q.63, vər.8[/B]) göründüyü kimi  qatilin kimliyi məlum olsa da bu barədə uzun müddət əhaliyə və mətbuata məlumat verilməyib.  [B]«Azərbaycan» qəzetinin 17 mart tarixli 138-ci sayında[/B] gedən bir informasiya bunun səbəblərinə qismən də olsa aydınlıq gətirir.

[B]"ƏRƏBLİNSKİNİN QƏTLİ ƏTRAFINDA[/B]

[B]Mərhum Hüseyn Ərəblinskinin hərəmi Asiya xanım Ərəblinski Bakı qubernatoruna bir ərizə verərək məlum etmişdir ki, Ərəblinskinin qətlinə birinci səbəb və müqəssir olan İslam Zeynalov nədən isə həbsdən azad edilmişdir.[/B]

[B]Məzkur qatil arvadı Asiyanı dəxi öldürmək ilə təhdid edir. Onun qohumlarından olan İsmayıl dəxi arvadı təhdid edir və hər gün onun arvadı evinə gələrək onu müqəssir etməməyi tələb edir.[/B]

[B]Bunu məlum edərək Asiya xanım qubernatordan rica edir ki, yuxarıda göstərilən şəxsləri tövqifə alsın, çünki o, köməksiz arvad olduğu üçün onların qorxusundan evdən kənara çıxa bilmir, hərgah bu iş etinasız qalarsa, haman şəxslərin arvadı öldürəcəklərinə şübhə yoxdur[/B]”.

Belə məlum olur ki, Əbdülxalıq qətldə şübhəli bilinən yeganə şəxs olmayıb. Burada  şübhəli görünən bir neçə  məqam diqqəti cəlb edir. Əgər Əbdülxalıqın  Ərəblinskini öldürmək fikri vardısa, qurbanını niyə öz evinə dəvət edirdi?  Və yaxud da,  Əbdülxalıqla Hüseyn arasında  necə bir mübahisə yarana bilərdi ki, o, süfrə arxasında öz bibisi oğlunu öldürsün?


Views: 423 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 15:45
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012