Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 23 » Ramiz Mehdiyevdən sərt mesaj
15:58
Ramiz Mehdiyevdən sərt mesaj
Ramiz Mehdiyevdən sərt mesaj   


PA rəhbəri rəqiblərinə 2005-ci ili xatırlatdı

Iqtidarkı əleyhdarları hücumları nəhayət, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səbr kasasını daşırıb. Ramiz Mehdiyev komandasına daxil olan şəxslər vasitəsilə rəqiblərilə sərt tonda danışmağa başlayıb. Deputat Zahid Orucun açıqlamaları buna nümunə ola bilər.  Deputat PA rəhbərinə qarşı hücumlarla bağlı deyib: "Bu kompromat savaşının uğurlu nəticələrini gözləyənlər varsa,onları əmin edirəm ki, proses məntiqi sonluğuna çatanda onlar məyus olacaqlar.
Yekun çox amansız olacaq. Indi virtual məkanda qurulmuş istehkamlar dağılanda bu oyunu aparan xeyli gizli sifətlər açılacaq və görəcəksiniz ki, mübarizə konkret Administrasiya rəhbərinə qarşı yox, hakimiyətin dəyişdirilməsi planının tərkib hissəsi naminə aparılıb. Bu 2005-ci il hadisələrinin dumanını xatırladır. Situasiyanın aydınlaşması ilə əksər ”güllə atanlar"ın deşifrə olunması, hakimiyyəti növbəti dəfə təmizləmə əməliyyatı ilə daha da güclənməsinə aparacaq. Ona görə eyforiya içində qələbə çələngi gözləyənlər bilməlidir ki, həmin çiçəkləri məğlubiyyət mərasimlərində istifadə etməli olacaqlar. Prezident əleyhinə dramatikləşdirilən və facebook məkanında təşkilatlandırılanlar lider kimi sonradan Ilham Əliyevə sığınacaqlar. Bir az gözləyək".
Ramiz Mehdiyevin rəqiblərinə mesajı kifayət qədər aydındır. PA rəhbəri hücumların qarşısında geri çəkilməyəcəyini, eyni zamanda ona qarşı kampaniyada rol alanları bağışlamayacağını bəyan edir. Ramiz Mehdiyev "2005-ci il olayları”nı xatırladaraq, rəqiblərini sabiq nazirlər Əli Insanov və Fərhad Əliyevin taleyilə qorxudur. Atəşin Paşayevlərə atılması da aydın görünür. Çünki məhz bu qruplaşmanın 2013-də dəyişikliklə bağlı planları var.
Bu arada bir vacib məqamı qeyd etmək yerinə düşər. Bir neçə gün əvvəl Ramiz Mehdiyevə qarşı yeni şok effekti yaradan ittiham ortaya çıxdı. DIN-in sabiq əməliyyat müvəkkili adam oğurluğu və bir sıra ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov ictimailəşən məktubunda qeyd edir ki, o, 2004-cü ildə PA rəhbərindən Ilham Əliyevi öldürmək tapşırığı alıb.
Hacı Məmmədov MTN-nin təcridxanasında saxlanılır. Oradan hansısa məktubu asanlıqla çölə ötürmək sadəcə mümkün deyil. Dorğrudur, məktubun mətnindən aydın olur ki, Hacı Məmmədov MTN-in Fazil adlı əməkdaşının köməyilə Ramiz Mehdiyevə yazılı mesajlarını çatdırır. Lakin bu halda da nazirliyin əməkdaşının rəhbərliyin məlumatı olmadan Hacı Məmmədova yardımçı olması inandırıcı deyil. MTN rəhbərliyi heç şübhəsiz Ramiz Mehdiyevə ünvanlanan məktubun mətnindən xəbərdar olub və bu kompromat uyğun vaxt üçün saxlanılıb.
Zahidin Orucun məhz bu məsələdən sonra danışması təsadüfi sayıla bilməz. Görünür, Hacı Məmmədovun məktubunun ictimailəşməsi Ramiz Mehdiyevi hücuma hücumla cavab verməyə məcbur edib.

Category: XƏBƏRLƏR | Views: 1325 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 20.04.2024, 07:29
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012