Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 22 » Rasim Balayevin başqa bir müraciəti də üzə çıxdı
10:34
Rasim Balayevin başqa bir müraciəti də üzə çıxdı


Əziz dostlar! Son hadisələrlə bağlı AKİ katyibliyinin hələ 10 yanvar tarixində Respublika Prezidentinə göndərdiyi məktubu sizə göndəririk. Məktub AKİ katibliyinin və bütünlükdə Kinematoqrafçılar İttifaqının sırf peşəkar fəaliyyətlə məşğul olduğunu və İttifaqın ətrafındakı problemlərin həll olunacağına ümidini göstərir. Məktub AKİ katibliyinin 10 yanvar tarixində iclasında aşağıdakı tərkibdə qəbul edilib: Xalq yazıçısı Anar, Əməkdar İncəsənət xadimi Kənan Məmmədov, Əməkdar İncəsənət xadimi Şamil Nəcəfzadə, Xalq Artisti Rasim Balayev, Əməkdar İncəsənət xadimi Cəmil Fərəcov, Əsəd Əsədov,

Müraciəti təqdim edirik:

"Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənablarına

Hörmətli cənab Prezident

Azərbaycan Kinematoqrafçılar İttifaqının artıq əlli yaşı tamam olub və o öz sıralarında 240 kinematoqrafçını birləşdirir. Onların əksəriyyəti milli kinomuzun inkişafına töhfəsini vermiş insanlardır. Lakin artıq bir neçə ildir ki, təşkilatımız ağır dövrünü yaşamaqdadır, çünki bir sıra yüksəkvəzifəli dövlət məmuru bizə maliyyə və informasiya müharibəsi elan edib.

Nəticədə Kinematoqrafçılar İttifaqı, bütün başqa yaradıcılıq ittifaqlarından fərqli olaraq, respublikamızın kənd yerlərində milli filmlərimizin nümayiş etdirilməsi, Sizin sərəncamınızla beynəlxalq kino məktəbinin yaradılması kimi mühüm layihələrin həyata keçirilməsində dövlət dəstəyindən məhrum olub. Üç ildir ki, Beynəlxalq səviyyədə rəğbət qazanmış "Şərq-Qərb” festivalı bağlanıb; kinofestival kompleksinin tikintisi üçün İttifaqa ayrılmış Bayıldakı torpaq səhəsi qanunsuz olaraq əlimizdən alınıb.

Eyni zamanda bu mötəbər yaradıcılıq qurumunu nüfuzdan salmaq üçün hökümətyönlü mətbuatda böhtan kampaniyası aparılmaqdadır. Müntəzəm olaraq dərc edilən ağlasığmaz uydurmaların reallıqla heç bir əlaqəsi olmadığını aparılan müstəqil jurnalist araşdırmaları və əsaslı dövlət yoxlamaları dəfələrlə sübuta yetirmişdir. Lakin əsassız ittihamlar davam etməkdədir. Təşkilatımız öz fəaliyyətini sırf peşə maraqları ilə məhdudlaşdırıb, heç vaxt siyasi fəaliyyətlə məşğul olmayıb və olmaq niyyətində də deyil. Belə olan halda bizə qarşı bu dərəcədə aqressiv münasibətin səbəbləri aydın deyil.

Əminik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının adına peşəkar fəaliyyətimizlə uzlaşmayan hansısa siyasi ambisiyaları ünvanlamaqla Sizə yalan məlumat verirlər. Əlbəttə, bizim İttifaqın hər bir üzvünün öz vətəndaş mövqeyi var, ancaq İttifaq onları sıralarında yalnız və yalnız yaradıcılıq əsasında birləşdirir, çünki məqsədimiz milli kinomuzun maraqlarını qorumaqdır. 

Hörmətli cənab Prezident, Bayılda tikinti üçün ayrılan sahələrimizin qeyri-qanuni zəbti məsələsi respublika məhkəmələrində ədalətli həllini tapmadı. Hüquqlarımızı sübut edən sənədlərimiz var. Məhz ona görə Konstitusiya hüqularının təminatçısı kimi Sizə müraciət edirik. Ümidvarıq ki, digər süni yaradılmış problemlərin həllində kömək edəcəksiniz.

Sizi Yeni İl münasibətilə təbrik edir, Azərbaycanın rifahı uğrunda çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi

AKİ Katibliyi tərəfindən 10.01.2013-cü il tarixdə qəbul olunub

Təsdiq edirəm, birinci katib R.Balayev
Category: XƏBƏRLƏR | Views: 532 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Friday, 26.04.2024, 07:24
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012