Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 31 » Ərdoğan: "Suriya doğuma hazırlaşır"
12:02
Ərdoğan: "Suriya doğuma hazırlaşır"

Türkiyə baş naziri Suriya qaçqın düşərgəsinə baş çəkib

Suriya vətəndaş müharibəsi 2013-cü ilə qədəm qoyduğu bir arada, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya xalqı üçün nikbin proqnozlar verib. Suriyalı müxaliflərin lideri Muaz Əl Hatiblə Ahçakaledəki qaçqın düşərgəsinə baş çəkən Ərdoğan, Suriyalılara səslənərək, səbr etmələrini və zəfərin yaxın olduğunu söyləyib. Düşərgədə qalan insanların qürbətdə olduğunu bildirsə də, bunun fərqli bir qürbətlik olduğunu, Türkiyənin onların ikinci evi olduğunu qeyd edib. 


Ərdoğan bu düşərgələrdə Suriyalıların lüks şəraitlə təmin edilmədiklərini etiraf etsə, ən yaxşı şəraitin yaradılması üçün əllərindən gələni etdiklərini deyib. Hazırkı günə kimi, zalım Bəşər Əsəd rejiminin 50 minə yaxın Suriyalını "şəhid” etdiyini deyən Türkiyəli nazir, Həmada-da atasının eyni qətliamları həyata keçirdiyini, fəqət Əsədin atasını belə ötdüyünü xatırladıb.

"Əslində Allahın köməyi yaxındır. Unutmaq lazım deyil ki, sonda səbr edən qələbə çalır. Hər mübarək doğum sancılıdır. Hazırda Suriya mübarək bir doğuma hazırlaşır. Bu bütün Suriya xalqının iradəsinin iqtidara çevrilməsidir. Biz türklər olaraq, istər ərəb, kürd istərsə də xristian, inancından asılı olmayaraq bütün Suriya xalqını bugünə qədər sevdik və hazırda da sevirik. Heç bir ayrıseçkilik qoymuruq”, - deyə Ərdoğan bildirib. 

Bu arada Suriya münaqişəsində iqtidar və müxalifət arasında vasitəçilik edən xüsusi səfir Laxdar Brahimi Qahirədə Ərəb Liqasının başçısı ilə görüşüb. BMT-Ərəb Liqası səfiri, eynilə Suriya münaqişəsinin 2013-cü ildə həll olunacağına ümid etsə də, qurban sayının artmasından narahatlıq ifadə edib. "2 il ərzində 50 minə yaxın insan qətlə yetirilirsə, müharibə gələn ildə davam edəcəyi təqdirdə, ölü sayı 25 min deyil, artıq 100 min nəfər arta bilər”, - deyə Brahimi qeyd edib.
Category: Siyasət | Views: 428 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:39
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012