Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 25 » “Reallığı nəinki Serj Sərkisyan, Ermənistanın bütün vətəndaşları bilir”
12:16
“Reallığı nəinki Serj Sərkisyan, Ermənistanın bütün vətəndaşları bilir”


Əli Əhmədov: "ATƏT-in Minsk Qrupunun fəaliyyəti müsbət sayıla bilməz”

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Ermənistan prezidenti Serj Sərkisyanın "Ermənistan müharibəyə hazırdır” bəyanatına münasibət bildirib. Dünən jurnalistlərə açıqlama verən hakim partiyanın icra katibi bildirib ki, Ermənistan prezidenti qarşıdan gələn prezident seçkisi ilə əlaqədar öz daxili auditoriyasına ünvanlanmış bəyanat səsləndirib. Reallığı, gerçəkliyi nəinki Serj Sərkisyan, eyni zamanda Ermənistanın bütün vətəndaşları bilir. Ermənistanın əhalisi çox sürətlə azalmaqdadır, artıq bu ölkədə yaşamaq mümkün deyil. Gənclərin böyük əksəriyyəti ölkəni tərk edir, əhali sürətlə azalmaqdadır. Bu, Ermənistandakı ictimai-siyasi və mənəvi-psixoloji durumun ən qabarıq göstəricisidir. Azərbaycan ordusu ilə Ermənistan ordusunun gücünün müqayisə olunmasına gəldikdə, Azərbaycanda orduya dövlət büdcəsindən ayrılan vəsaitin miqdarı bütövlükdə Ermənistanın dövlət büdcəsindən artıqdır. Ermənistanın rəhbərliyi də, vətəndaşları da Azərbaycan ordusunun döyüş qabiliyyətinin artmasından çox böyük qorxu və əndişə keçirirlər. Azərbaycanın ordusu, Azərbaycan cəmiyyəti  ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə həmişə hazır olub, bu gün də hazırdır. Sadəcə, münaqişənin qan tökülmədən, müharibəyə yol vermədən nizamlanması imkanları tükənməyib. Münaqişənin həlli mümkün olmasa, Azərbaycan xalqı qəti iradəsini ortaya qoyub pozulmuş ərazi bütövlüyünü qətiyyətlə təmin edəcək. Buna heç kimin şübhəsi yoxdur və Ermənistanda Serj Sərkisyan da daxil olmaqla bunu hamı bilir”.

Əli Əhmədovun fikrincə, ATƏT-in Minsk Qrupunun fəaliyyəti də müsbət sayıla bilməz: "Çünki 20 ildir bu qrup qarşısına qoyduğu məqsədə nail ola bilməyib”.

Hakim partiya sədrinin müavini qeyd edib ki, Minsk Qrupu bu vəzifəni yerinə yetirə bilmədiyi təqdirdə, Azərbaycan cəmiyyəti bu qurumun fəaliyyətindən razı qala bilməz: "Həmsədrlər həmin vəzifənin yerinə-yetirilməsi istiqamətində ciddi addımlar atmayıblar. Məncə, Azərbaycan cəmiyyəti bütövlükdə Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini yüksək qiymətləndirə bilməz”.

Ə. Əhmədov onu da vurğulayıb ki, həmsədrlərin nümayəndəsinin dəyişdirilməsinin danışıqlar prosesində ciddi dəyişikliklərə yol açacağına da inanmır: "İnanmıram ki, bu kardinal bir dəyişikliyə gətirib çıxaracaq. Əlbəttə, biz həmişə Minsk Qrupunun bütövlükdə fəaliyyətinə yeniliklər arzulayırıq. 20 ildən artıqdır Minsk Qrupu bu sahədə fəaliyyət göstərir, amma qarşısına qoyduğu məqsədə nail ola bilməyib. Azərbaycan cəmiyyətinin gözləntisi ondan ibarətdir ki, Minsk Qrupu və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar öz üzərlərinə götürdükləri missiyanı ləyaqətlə həyata keçirə bilsinlər. Bunun yeganə bir yolu var, o da Azərbaycanın işğal olunmuş torpaqlarını işğaldan azad etmək”.
Category: XƏBƏRLƏR | Views: 328 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 10:13
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012