Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 18 » Rusiyanın şok Ayaz Mütəllibov planı
11:46
Rusiyanın şok Ayaz Mütəllibov planı

Az əvvəl məlumat verərək bildirdik ki, Kreml ölkəmizdə vəziyyətin gərginləşdirməyi planlaşdırır. Bununla bağlı elə bu dəqiqələrdə dia.az-a çox maraqlı faktlar ötürülüb. Bilgili qaynaq iddia edir ki, Rusiyanın xüsusi elçiləri bu günlərdə Bakıda olublar və onlar keçmiş prezident Ayaz Mütəllibovla danışıqlar aparıblar.

Mənbəmizin sözlərinə görə, danışıqların şok predmeti Ayaz Mütəllibovun yenidən prezident kürsüsünə gətirilməsi olub: «Siyasətdən getdiyini bildirən Ayaz Mütəllibov Rusiyanın adamları ilə anlaşıb. Və ona yeni təlimatlar da verilib. Hələlik susmalı olan keçmiş prezidentə həm Rüstəm İbrahəimbəyovun yaratmağa hazırlaşdığı Milli Şura tərəfindən və həm də Rusiyadakı oliqarxların təşkilatı tərəfindən böyük dəstək veriləcək».

Mənbəmiz iddia edir ki, burada Milli Şura Ayaz Mütəllibovun vahid namizəd olması üçün yaradılan bir qurumdur: «Rusiyadakı milyarderlərin birləşdiyi Rusiya Azərbaycan Təşkilatları İttifaqı isə bir növ kassa rolunu oynayacaq və Rusiyanın Ayaz Mütəllibovun liderliyi altında inqilab planını maliyyələşdirəcək».

Onu da bildirək ki, Rüstəm İbrahəimbəyov açıqlamasında bildirib ki, yeni yaradılacaq Milli Şurada bütün QHT-lər, ictimai-siyasi təşkilatlar, partiyalar təmsil olunacaq. Və bu şura «vahid namizəd»i ortaya çıxaracaq. Hər halda, yerli müxalifətin bu gün Rusiyanın oyunlarına getməyəcəyi də şübhəsizdir. Amma bunun da Rusiyanı narahat etmədiyini bildirən mənbəmiz vurğuladı ki, onlarla xırda partiyanın oliqarxların pulu ilə satın alınması gözlənilir: «Bu gün həmin cırtdan təşkilatlar ortalıqda səpələniblər. Bəziləri İsa Qəmbərə, bəziləri Əli Kərimliyə, bəziləri də Rəsul Quliyevə biət edirlər. Amma «rus pulu» ölkəyə girdikdən sonra, onların yerinin Milli Şura olacağı şübhəsizdir»

Category: XƏBƏRLƏR | Views: 557 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Wednesday, 24.04.2024, 07:26
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012