Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 31 » Rüstəm İbrahimbəyov Bakı aeroportunda saxlanıldı
12:07
Rüstəm İbrahimbəyov Bakı aeroportunda saxlanıldı
Ziyalılar Forumunun sədri, "Milyarderlər İttifaqı" kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının üzvü, kino-dramaturq Rüstəm İbrahimbəyov Bakı aeroportunda saxlayıblar.

Bu haqda məlumat musavat.com-a mötəbər mənbədən daxil olub.

Mənbə bildirir ki, R.İbrahimbəyov bu gün Azərbaycana qayıdarkən onu Sərhəd Xidmətinin əməkdaşları heç bir səbəb göstərmədən saxlayıblar. R.İbrahimbəyovun pasportunu alan sərhədçilər Ziyalılar Forumunun sədrinə saxlanılması haqda heç bir izahat verməyiblər.

Xəbəri dəqiqləşdirmək üçün Ziyalılar Forumunun üzvü Eldar Namazovla əlaqə saxladıq. O, xəbəri təsdiqlədi. Bildirdi ki, hazırda o özü də hava limanındadır.

"Rüstəm müəllimin yaxınları da burdadır. Biz də onun saxlanması haqda heç bir məlumat öyrənə bilmədik."- deyə E.Namazov bildirdi.

O, R.İbrahimbəyovun saxlanmasını təxribat adlandırdı: "Artıq Azərbaycandakı diplomatik nümayəndəlikləri bu haqda bilgiləndirmişik. Biz aidiyyatı qurumlardan bu təxribatın tezliklə aradan qaldırılmasını tələb edirik. Bu hərəkət ölkə adına böyük biabırçılıqdır". E.Namazov dedi ki, artıq 2 saatdan çoxdur ki, R.İbrahimbəyov saxlanılıb.

R.İbrahimbəyov Moskvadan Bakıya qayıdırmış.

Category: XƏBƏRLƏR | Views: 366 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:45
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012