Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 21 » Sərkisyan ölkənin çətin durumda olduğunu dedi
13:53
Sərkisyan ölkənin çətin durumda olduğunu dedi

"Uzunmüddətli perspektivdə Dağlıq Qarabağ münaqişəsini nizamlamamaq heç kimə sərfəli deyil”

"Münaqişənin həll olunmaması Ermənistanın inkişafına mane olur”

"Yaxın vaxtlarda Qarabağ münaqişəsinin nizamlanmasına dair ortaya hansısa sənədin çıxacağını gözləmirəm, amma uzunmüddətli perspektivdə bu məsələni nizamlanmamış saxlamaq heç kimə sərfəli deyil”. APA-nın Ermənistan mediasına istinadən yaydığı məlumata görə, bu fikirləri bu ölkənin prezidenti Serj Sərkisyan deyib.
 
O bildirib ki, yaranmış vəziyyət işğal olunmuş Dağlıq Qarabağda yaşayan əhali, Ermənistan və Azərbaycan üçün sərfəli deyil: "Çünki daim müharibə təhlükəsinin mövcudluğu şəraitində yaşamaq o qədər də xoş deyil”.
 
Sərkisyan Ermənistanı təbii resurslarla qeyri-zəngin, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün sərmayə axını olmayan ölkə adlandırıb: "İqtisadiyyatımız nə qədər açıq olsa, kommunikasiyalar nə qədər çox inkişaf etsə, bizim üçün bir o qədər asan olar. Problemin nizamlanmaması isə daim buna mane olur”.
 
Sərkisyan qeyd edib ki, ölkənin ən böyük problemlərindən biri dövlət vəsaitlərinin böyük hissəsini təhlükəsizlik və müdafiə xərclərinə yönəltməsidir: "Biz orduya sahib olmağa məcburuq. Bu ordu miqyasına, döyüş qabiliyyətinə və silahlanma səviyyəsinə görə ölkəmizin miqyasın ilə uyğun gəlmir. Lakin müasir silah növləri ilə təchiz edilmiş, döyüş qabiliyyətli orduya malik olmalıyıq ki, bu ordu qarşısına qoyulmuş vəzifələri yerinə yetirsin. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli Ermənistanın inkişafına yalnız müsbət təsir göstərə bilər. Lakin tək əldən səs çıxmaz. Məsələnin həlli üçün Azərbaycanın da razılığı lazımdır”. 
Category: XƏBƏRLƏR | Views: 493 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Friday, 26.04.2024, 19:18
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012