Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 20 » Sarkisyan ittiham olundu
09:11
Sarkisyan ittiham olundu
"Onun erməni-türk məsələsindəki mövqeyi ciddi narahatlıq yaradır”

More Sharing Services"Prezident Serj Sarkisyanın erməni-türk məsələsindəki mövqeyi gələcək prezident seçkiləri ilə bağlı ciddi narahatlıq yaradır”. Bunu "Daşnaksütyun” Partiyasının büro üzvü, İrəvan ofisinin rəhbəri Kiro Manoyan bildirib.


 Onun sözlərinə görə, bu məsələni imic məsələsinə çevrilməklə "etibarlı tərəfdaş” görüntüsü yaratmaqla bağlı hakimiyyətin mövqeyi doğru deyil: "Reallıqda isə bu "etibarlı tərəfdaşı” mən "etibarlı icraçı” adlandırıram.

 Manoyanın fikrincə, iqtidar bu məsələdə əvvəlki mövqeyini məhz Qərbdən zəmanət almaq məqsədilə saxlayır. Ölkənin daxildən gücləndirlməsinin vacibliyini vurğulayan Manoyan "2008-ci il seçkiləri nə qədər az mübahisəli idisə, futbol diplomatiyası tamamilə fərqlidir. Ancaq fakt faktlığında qalır, erməni-türk məsələsində əvvəlki xətt davam etdirilir”.
 Ermənistan və Türkiyə arasında imzalanan protokolların altında hələ də İrəvanın imzasının olmasına qarşı çıxan Manoyan bunun qondarma erməni soyqırımının tanınmasına qarşı yönəldiyini deyib.

 Türkiyənin Ermənistan sərhədlərini açmamasını müharibənin bir forması adlandıran "Daşnaksütyun” nümayəndəsi qondarma soyqırımın 100 illiyi ərəfəsində ciddi dəyişiklik olmayacağını bildirib. Bu ərəfədə Türkiyənin bəzi erməni diaspor təşkilatları ilə dialoqa cəhd edəcəyini ehtimal edən daşnak bunu məsələnin həllinə dair görüntü yaratmaq məqsədi daşıyacağını qeyd edib.

Category: XƏBƏRLƏR | Views: 412 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 22:17
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012