Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 28 » Sevinc Babayevanın Türkiyədə öldüyü təsdiqləndi
15:07
Sevinc Babayevanın Türkiyədə öldüyü təsdiqləndi

O, "Medicana İnternational” Klinikasında vəfat edib

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi kimi adı hallanan Sevinc Babayevanın Türkiyədə hospitallardan birində öldüyü təsdiqlənib. APA-nın xəbərinə görə, S.Babayeva dünən səhər saatlarında İstanbulun Bəylikdüzü səmtində yerləşən "Medicana İnternational” Klinikasına müraciət edib. 


O, bir neçə saat sonra həmin klinikada vəfat edib. Xəstəxanadan Sevinc Babayeva adlı şəxsin vəfat etdiyini təsdiqləyiblər. Hazırda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları xəstəxanadırlar. İstanbul polisindən isə onlara hələ də bu barədə hər hansı məlumat daxil olmadığını bildiriblər.

Azərbaycanın hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, S.Babayevanın dünyasını dəyişdiyi xəstəxananın adını oğlu Ayxan Məmmədov bildirib. Məlumata görə, A. Məmmədovun anasının cənazəsini gətirmək üçün Türkiyəyə getməsinə icazə verilməyib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayevanın dünyasını dəyişməsi haqqında məlumat dünən yayılıb.
Category: XƏBƏRLƏR | Views: 336 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:05
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012