Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » "Söhbət eləmək" istəyən tələbə internet-klubda qan tökdü
13:24
"Söhbət eləmək" istəyən tələbə internet-klubda qan tökdü
Fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Dekabrın 15-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. 
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini 18 yaşlı Orxan Abidov daxilə nüfuz edən 2 bıçaq xəsarəti ilə İ.Dağıstanlı küçəsində yerləşən internet-klubdan Kliniki Tibbi Mərkəzə daxil olub. 
Binəqədi RPİ CAŞ və 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 19 yaşlı Emil Əliyev tutulub.
Verilən məlumata görə, gənclər internet-klubda yüksək səslə danışmaq üstündə mübahisə ediblər. Daha sonra Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi olan E.Əliyev O.Abidovu çölə çağırıb və onunla "söhbət eləmək" istədiyini bildirib. Gənclər internet-klubdan çıxan kimi 19 yaşlı universitet tələbəsi O.Abidovu bıçaqlayıb.
Fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Views: 338 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 20:39
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012