Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 22 » “Söyün Sadıqov “AzərRos”-dan qovulub”
17:07
“Söyün Sadıqov “AzərRos”-dan qovulub”

Siyavuş Novruzov: "Söyün Sadıqova öz yeri göstərilib və həddi bildirilib ki, heç kim ona Azərbaycanın daxili işlərinə qarışmaq icazəsi verməyib”.

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
 
S. Novruzovun sözlərinə görə, Söyün Sadıqov "AzərRos”-dan qovulub və ortalıqda qaldığı üçün Azərbaycan hakimiyyətinə qarşı ittihamlar səsləndirməklə özünə imic qazanmaq istəyir. S. Sadıqovun Azərbaycan hakimiyyəti tərəfindən ona sui-qəsd hazırlanması ilə bağlı Rusiya telekanallarına verdiyi açıqlamasına münasibət bildirən S. Novruzov deyib ki, bu, onun reklam kampaniyasıdır: "O kimdir ki, ona sui-qəsd hazırlayaq?! O, axı elə bir nüfuzu olan adam deyil. Gah Azərbaycanda, gah Gürcüstanda, hətta az qala ABŞ-da gedən proseslərə şərh verməyə çalışır. Amma bu onun qabiliyyəti daxilində deyil”.
 
YAP rəsmisi Söyün Sadıqovun "2003 və 2008-ci illərdə prezident seçkilərində Rusiyanın Azərbaycana dəstək verməsi ilə bağlı açıqlamasına da münasibət bildirib: "Bu yenə Söyün Sadıqovun səviyyəsizliyinin və bisavadlığının göstəricisidir. Azərbaycan Konstitusiyasında göstərildiyi kimi, hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan prezidenti də xalqın dəstəyi ilə seçilib. Bu, keçmişdəki kimi deyil ki, deyirdilər İsa Qəmbərin parlamentə seçilməsi məsələsi 7, yaxud 8 ölkə ilə razılaşdırılıb və sair. İndi Azərbaycan liderini Azərbaycan xalqı seçir, gələcəkdə də seçəcək. Bunun əksini isə ancaq Söyün Sadıqov təxəyyüllü insanlar düşünə bilər. Onun səviyyəsizliyi məcbur edir ki, ara-sıra belə açıqlamalar versin”.

Category: Siyasət | Views: 723 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Friday, 29.03.2024, 16:24
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012