Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 26 » Suriyadan qaçan ermənilərə Ermənistanda bizneslə məşğul olmaq imkanı yaradılacaq
12:03
Suriyadan qaçan ermənilərə Ermənistanda bizneslə məşğul olmaq imkanı yaradılacaq

Ermənistanda Suriyadan qaçan 7 minə yaxın erməni məskunlaşıb və onlar geri qayıtmaq ümidlərini itiriblər. Mməlumata görə, bunu "Amerikanın səsi”nə müsahibəsində Ermənistanın baş naziri Tiqran Sarkisyan deyib.

 

Onun sözlərinə görə, erməni qaçqınların çoxu Suriyanın kommersiya paytaxtı sayılan Hələbdən gəlib: "Bu yaxınlarda biz onlarla ölkə prezidentinin kabinetində görüşdük və onların çoxu öz biznesini Ermənistanda davam etdirmək istədiklərini bildirdilər. Lakin elələri də var ki, ölkədən qaçanda yalnız vacib əşyaları götürə biliblər. Ermənistan prezidenti Serj Sarkisyan söz verib ki, ölkə hökuməti onlara tələb olunan yardımı göstərəcək, sosial və maddi problemləri ilə məşğul olacaq”.

 

Qeyd edək ki, Suriyada döyüşlərin intensivləşməsi ilə ölkədən qaçan ermənilərin sayı da artır. Bu da Ermənistanda sosial vəziyyətin pisləşməsi ilə nəticələnir, ölkədə resurs qıtlığı artır. Beynəlxalq Valyuta Fondunun 2012-ci ilin oktyabr ayına olan məlumata görə, bu ölkədə işsizlik səviyyəsi 19% təşkil edir və 2017-ci ilə qədər bu göstərici 17% səviyyəsində qalacaq. Ölkə iqtisadiyyatının 12%-i isə xaricdən gələn yardımlardan asılıdır və bu yardımın bir hissəsi elə Suriyadan yaşayan ermənilərdən daxil olurdu.

Category: XƏBƏRLƏR | Views: 341 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 10:50
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012