Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » Suriyanı “vurmaq” üçün bəhanə hazırlanır – TƏHLİL
13:04
Suriyanı “vurmaq” üçün bəhanə hazırlanır – TƏHLİL
[B]Amerikanın müdafiə naziri Leon Panettanın Türkiyənin Suriya ilə sərhəddə yerləşən İncirlik hərbi bazasına gəlişi Vaşinqton və onun müttəfiqlərinin yaxın vaxtlarda müharibəyə hazırlıqları ilə bağlı ola bilər.[/B]

Bunu deməyə əsas yaradan məqam ABŞ-ın Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etmək niyyətində olmasını iddia etməsidir. Xatırladaq ki, prezident Barak Obama da daxil olmaqla Amerikanın yuxarı eşelonunda təmsil olunan bir neçə siyasətçi kəşfiyyat orqanlarının məlumatlarına istinad edərək, Suriya rəhbərliyinin kimyəvi kütləvi qırğın silahına malik olduqlarını bəyan etmiş və bu silahdan istifadə edilməsinin yolverilməzliyini vurğulamışdılar. Suriya isə buna cavab olaraq bildirmişdi ki, rejim kimyəvi silaha malik deyil, malik olsa belə, bu silahdan Suriya vətəndaşlarına qarşı istifadə etməyəcək.

Bu informasiyanın yaranması hər bir halda müharibənin başlanğıcından xəbər verir. Belə ki, Amerika məqsədli şəkildə belə bir məlumatın yayılmasını sifariş edib və bundan bəhanə kimi istifadə edərək, Suriyaya hərbi müdaxilə etməsi mümkündür. Çünki məlumatın mənbəyi ABŞ kəşfiyyat orqanıdır və bunu təsdiq yaxud təkzib edəcək başqa mənbə mövcud deyil.
 Xatırlamaq yerinə düşər ki, vaxtilə Səddam rejiminə qarşı hərbi müdaxilənin rəsmi bəhanəsi İraqın nüvə silahına malik olması barədə Amerika kəşfiyyatının məlumatı idi. Rejim devrildikdən sonra isə İraqda kütləvi qırğın silahı axtarmaq heç kimin yadına düşmədi.
Digər tərəfdən məlumatın həqiqəti əks etdirməsi region üçün, ilk növbədə isə Türkiyə və İsrail üçün təhlükə hesab oluna bilər. Suriya rəhbərliyi kimyəvi silahdan öz vətəndaşlarına qarşı istifadə etməyəcəyini hər nə qədər bildirsə də, Əsəd rejiminin hazırkı inqilabla bağlı rəsmi mövqeyi ondan ibarətdir ki, "hakimiyyət xarici terrorçulara qarşı mübarizə aparır”. Bu, o deməkdir ki, Suriya hökuməti istədiyi vaxt "xaricdən gələn terrorçu” adlandırdığı qiyamçılara qarşı kütləvi qırğın silahı tətbiq edə bilər. Belə olan halda da, müttəfiqlərin hərbi müdaxiləsi zərurəti yaranır. Əhalinin kütləvi qırğını qiyamçılarda ruh düşkünlüyü və qorxu yaradar və bununla da, "Suriya kampaniyası” uğursuzluqla nəticələnə bilər. Beləliklə, hər iki halda hərbi müdaxilə həyata keçirilməsi əsas şərt kimi ortaya çıxır.
Artıq İsrail də rəsmi şəkildə Suriyaya xəbərdarlıq edib və Əsədi kimyəvi silahdan istifadədən çəkinməyə çağırıb. Maraqlıdır ki, üzdə düşmən sayılan Türkiyə ilə İsraili birləşdirən birgə düşmən Suriyadır. Hazırkı dövrdə Suriyaya hər an hərbi müdaxilə etməsi gözlənilən iki dövlət də Türkiyə ilə İsraildir. Panetta hələ 2011-ci ildə bəyan etmişdi ki, Türkiyənin İsrail ilə fəal şəkildə əlaqə saxlaması həlledici rol oynayır.
Onsuz da yıxılmaqda olan Bəşər Əsəd rejiminə qarşı müharibəni zəruri edən hərbi-texniki səbəblər də var. Belə ki, Suriya ərazisindəki müharibə İran savaşına hazırlıq və təlim kimi də qiymətləndirilməsi mümkündür. "Petriot” qurğuları hər nə qədər tərifli silah hesab olunsa da hələ ki Amerika tərəfindən real döyüş şəraitində sınaqdan keçirilməyib. Təbii ki, Amerika və İsrailin sınaqdan keçiriləcək bir çox silahlarının olması mümkündür. Türkiyədə yerləşdiriləcək iki batareya "Petriot”un ardıyla 400 nəfər NATO mütəxəssisinin də Suriyanın sərhədinə gəlməsi hərbçilər üçün əvəzedilməz təcrübə toplama şansı yaradır.
Bu məqamda sual doğuran məqam isə ondan ibarətdir ki, əgər Amerika və müttəfiqləri Suriyaya qarşı hərbi müdaxiləni planlaşdırırdılarsa, nəyə görə bunu əvvəlcədən həyata keçirmir, vaxtı uzadır və Əsəd rejiminin beş minə yaxın insanın qətl etməsinə göz yumurdular? Ehtimal etmək olar ki, vaxtın uzadılmasının arxasında bir neçə məqsəd dayana bilər.
Hərbi müdaxilə üçün beynəlxalq siyasi rəyin Əsədə qarşı çevrilməsi üzərində geniş təbliğat həyata keçirilib ki, müharibə zamanı dünya icmasının rəyi müttəfiqlərin lehinə olsun. Regionda müttəfiqlərə mane ola biləcək qurumlar zərərsizləşdirilsin. Fələstindəki HƏMAS terror təşkilatının rəhbəri Meşalla sülhün imzalanması, Livanda üsyanın qalxması ilə "Hizbullah” təşkilatının başının qarışması, Qəbələ RLS-dən rusları çıxması ilə Moskvanın Suriyanı izləmək imanlarının azalması və nəhayət, İranı sanksiyalarda boğaraq Tehranın iqtisadi dalandan çıxış yolları axtarmağa məcbur edilməsi müharibə qabağı gündəlikdə duran məsələlər idi. Keçən müddət ərzində qiyamçılara da kifayət qədər dəstək verildi ki, Əsəd rejimi müəyyən qədər zəifləsin və onun devrilməsi əməliyyatı müttəfiqlər üçün minimum itki ilə başa gəlsin.
Views: 334 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 20:47
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012