Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 28 » Türkiyədə Xocalıya dəstək aksiyasının iştirakçılarına həbs cəzası
09:09
Türkiyədə Xocalıya dəstək aksiyasının iştirakçılarına həbs cəzası

Ermənilərə qarşı irqçi ifadələrdə təqsirləndirilənlər barədə verilən həbs qərarı pul cəriməsi ilə əvəzlənib

Xocalı qətliamının 20-ci ildönümü münasibətilə İstanbulun Taksim meydanında keçirilən mitinqdə ermənilərə qarşı irqçi ifadələrin yer verildiyi şüarlar daşıyan 6 nəfərin hər birinə 5 ay həbs cəzası verilib. Məhkəmə daha sonra həbs cəzasını 3 000 lirə (1 312 manat) cərimə ilə əvəzləyib.


Qeyd edək ki, məhkəmədə iştirak edən 10 müttəhimdən Derya Kabakçı, Burak Kahveçi, Cihan Dabak, Umut Akbulut, Hasan Hüseyin Kocabey və Kazım Büyükbunara Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə həbs cəzası verən hakim digər şübhəlilər Onur Gürecioğlu, Recep Aksoy, Arzu Bekçi və Samet Aksakalın azadlığa buraxılmasına qərar verib. 

Xatırladaq ki, bu il fevral ayında Xocalı qətliamının 20-ci ildönümü səbəbilə İstanbulun Taksim meydanında "Xocalıya dəstək” aksiyası keçirilmişdi. İstanbul prokurorluğu aksiyada açılan bəzi şüarların xalqı kin və nifrətə sövq etdiyini iddia edərək 10 nəfər barəsində 1 ildən 3 ilə qədər həbs tələbi ilə məhkəmə iddiası qaldırmışdı. 
Category: XƏBƏRLƏR | Views: 372 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 13:21
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012