Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 29 » Türkiyəni parçalanmaq cəhdləri intensivləşir: Xaos diktaturasının sifarişçiləri Amerikadan boylanırlar
15:04
Türkiyəni parçalanmaq cəhdləri intensivləşir: Xaos diktaturasının sifarişçiləri Amerikadan boylanırlar

Şimali İraqda müstəqil Kürdüstan dövlətinin qurulacağı ilə bağlı iddialar çoxaldığı bir vaxtda İraq kürdlərinin ABŞ-dakı ən qızğın dəstəkçilərdən olan Peter Galbrayt bu barədə fikirlərini bildirib.

Türkiyə mətbuatına istinadən verilən məlumata görə, Peter Galbrayt müstəqil Kürdüstan dövlətinin qaçılmaz olduğunu bildirib. 

O, Türkiyənin də özünü bu prosesə hazırladığını iddia edir. Peter Galbrayt bu ayın əvvəllərində ABŞ kəşfiyyatının yaydığı hesabatda göstərilənlərin əksinə olaraq, Kürdüstanın Türkiyəni bölmə riskinin olmadığını bildirib.

Qeyd edək ki, ayın əvvəlində ABŞ-ın 16 kəşfiyyat qurumunu birləşdirən Amerika Milli Kəşfiyyat Şurası (MKŞ) Vaşinqtonda "Qlobal tendensiyalar 2030” analitik hesabatını təqdim etmişdi. Hesabatda "Kürdüstan”ın yüksəlişi səbəbi ilə Türkiyənin qarşıdakı illərdə bölünmə riskinin olduğu vurğulanmışdı.

İndi isə "Kürdüstan” layihəsinin Vaşinqtondakı lobbiçilərindən olan P.Galbraytın Kürdüstanın necə yaradılacağı və bölgədə yaradacağı siyasi effektlə bağlı dəyərləndirmələrinə diqqət yetirək.

Kürdlərin ən yaxşı zamanı...

İraqda de-fakto müstəqil bir dövlət olan Şimali İraq var. Şimali İraq kürd muxtariyyəti əksər və ən əhəmiyyətli məsələlərdə müstəqil qərarlar qəbul edir. Mərkəzi hökumətə qarşı güc nümayiş olunur. Suriyadakı vətəndaş müharibəsindən sonra bu ölkədə kürdlər ilk dəfə həqiqətən yaxşı bir fürsət yaxalayıblar. Türkiyədə də son 20 ildir ki, kürdlərin vətəndaş haqları mövzusunda irəliləyiş müşahidə olunur. Əhalisi 30 milyonu keçən bölgədəki kürd xalqı üçün bu imkanları tarixdəki ən yaxşı imkanlar kimi dəyərləndirmək olar. Yeganə qaranlıq nöqtə isə İrandır.

Kürdüstan Türkiyəni bölməz

Şimali İraq regional rəhbərliyinin əlində müstəqil bir dövlət qurmaq üçün ordudan tutmuş hər çür imkanlar var. Yürütdüyü xarici siyasət belə, Bağdad hökumətindən fərqlidir. Ancaq müstəqillik təktərəfli bir qərarla deyil, Bağdadla müzakirə edilərək mümkün olacaq. Necə ki, bu, Cənubi Sudan dövlətinin yaranması zamanı baş verdi.  Bu günün şərtlərini nəzərə alsaq, bir ölkənin parçası olmaq istəməyən heç bir birliyi həmin ölkə ilə məcburən bağlaya bilməzsiniz. Və kürdlər yekdilliklə İraqın parçası olmaq istəmirlər.

Məsələnin ən maraqlı tərəfi isə müstəqil Kürdüstan mövzusunda Türkiyənin rəsmi yanaşmasıdır. Türkiyə, Şimali İraqda müstəqil bir Kürdüstanın olmasının, buna Türkiyə və Suriyadan da kürd bölgələrinin daxil olacağı anlamıı vermədiyini başa düşür. Avstriyada da almanlar yaşayır. Amma Avstriya bu gün Almaniyanın bir parçası olmaq istəmir. İsveçrədəki italyan bölgəsinin də həyatda etmək istəyəcəyi ən son şey İtaliyaya birləşmək üçün İsveçrədən ayrılmaq olar.

Müstəqillik üçün ilk olaraq, torpaq məsələsinin həll edilməsi lazım olacaq. Mosul məsələsi ən asanıdır. Kürdlər Mosula iddia etmirlər. Ancaq ən böyük problem Kərkükdür. Kərkük üçün də neft gəlirlərinin bölüşdürülməsinin razılaşması düşünülə bilər. Bu müzakirələrdə Türkiyə də müsbət rol oynaya bilər. PKK məsələsini isə Türkiyənin təkbaşına həll etməsi gərəkdir. PKK nə istəyir? Əfv, siyasi proseslərə qatılmaq və kürdlərin hüquqları... Bunlar Türkiyənin edə biləcəyi şeylərdir.

ABŞ administrasiyasına təklif...

Kürdüstan indiki halda, İraqın baş naziri Nuri Əl-Maliki üçün də bir problemdir. Hansı baş nazir ölkənin bir parçası olmaq istəməyənlərlə bir ölkəni idarə etmək istəyər? Nuri Əl-Malikiyə yaxın bəzi şəxslər var ki, ölkə daxilində Kürdüstanın olmayacağı İraqın daha yaxşı olacağını düşünürlər.

ABŞ xarici siyasəti hər zaman gerçəklərdən uzaq olmuşdur. 21 iyun 1991-ci ildə ABŞ-ın o vaxtkı dövlət katibi, o dövrki ABŞ-ın xarici işlər naziri Ceyms Baker Belqrada getdi və Yuqoslaviyadan ayrılmağa ğan atanlardan bunu etməmələrini istədi. Dörd gün sonra Xorvatiya və Slovenya müstəqilliklərini elan etdilər. 1 Avqust 1991-ci ildə o dövrün prezidenti ata Corc Buş Kiyevə gedərək ukraynalılara müstəqillik elan etməmələri barədə xəbərdar etdi. Həmin ərəfədə SSRİ dağıldı. Senator Con Kerrinin adından danışa bilmərəm. Amma Barak Obama rəhbərliyinin bu reallığı qəbul edəcəyinə ümid etmək olar.

Peter Galbrayt kimdir?

1979-cu ildən 1993-cü ilə kimi ABŞ Senatının xarici əlaqələr komitəsi üçün işləyən 61 yaşlı Peter Galbrat İraqın keçmiş prezidenti Səddam Hüseynin kürdlərə qarşı törədilən 1988-ci il qırğınını ortaya çıxaran adam olaraq tanınır.
 
1993-98-cü illərdə ABŞ-ın Xorvatıyada səfiri olan Peter Galbrayt Şimali İraq rəhbərliyinə rəsmi məsləhətçilik də edib. O, bölgədəki neft razılaşmalarına vasitəçilik edəcək qədər rəhbərlik üzərində təsirli idi. 

Bu gün o, müstəqil Kürdüstan dövlətinin yaradılması ideyasının Vaşinqtondakı ən qızğın lobbiçisi olaraq tanınır. 

Hillari Klintondan sonra onu əvəz edəcək Con Kerriyə də çox yaxın olan Peter Galbrayt Demokratlar Partiyasının Vermont ştatından olan senatorudur. Onu həm də Yaxın Şərqdə və Türkiyədə xaosun diktaturasının Amerikadan boylanan sifarişçilərindən hesab etmək olar.

Category: XƏBƏRLƏR | Views: 419 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:45
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012