Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 20 » Xəzərdə "suyu bulandırırlar": Böhran hərbi güc nümayişi mərhələcinə keçir
15:18
Xəzərdə "suyu bulandırırlar": Böhran hərbi güc nümayişi mərhələcinə keçir


Xəzər dənizi hövzəsi hazırda dünyanın ən qaynar nöqtələrindən hesab olunur. Bu da onunla bağlıdır ki, bu dəniz ətrafında yerləşən beş ölkə - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında aparılan uzunmüddətli danışıqlara baxmayaraq, Xəzərin hüquqi statusu məsələsində hələ də ümumi razılıq əldə etmək mümkün olmayıb. Məlumdur ki, bu da birbaşa İran və Türkmənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdır. 

Xəzərin şimal hissəsində Azərbaycan, Rusiya və Qazaxıstan arasında bu su hövzəsinin dibinin orta xətt prinsipi əsasənda bölüşdürülməsi ilə bağlı üçtərəfli və ikitərəfli müqavilələrin imzalamasına baxmayaraq, eyni anlaşmaların İran və Türkmənistanla əldə edilməsinə göstərilən bütün cəhdlər uğursuzluğa uğrayıb.

Kim nə istəyir?

Rəsmən "beynəlxalq neytrallıq" elan edən Türkmənistanın Xəzərdə Azərbaycanla mübahisəli neft yataqları da var. Xatırladaq ki, bunlar 50 milyon ton neft ehtiyatı olan "Kəpəz" (türkmənlər bunu "Sərdar" adlandırır), "Azəri" ("Osman") və "Çıraq" ("Ömər") yataqlarıdır. Türkmənistan isə milli sektorların müəyyənləşməsi zamanı sahil xəttinin bir sıra koordinatlarının nəzərə alınmamasını təklif edir.
 
Xəzərin dibinin orta xətt prinsipi əsasında milli sektorlara bölünməsi barədə razılıq əldə edən Azərbaycan, Qazaxıstan və Rusiyadan fərqli olaraq, İran Xəzərin 5 bərabər hissəyə bölünməsini tələb edir. İranın xarici siyasət idarəsinin sözçüsü R.Mehmanpərəstin dünən keçirdiyi mətbuat konfransında Xəzərin statusu ilə bağlı verdiyi bəyanat da bu məsələnin hələ uzun müddət həllini tapmayacağını düşünməyə əsas verir. R.Mehmanpərəst hesab edir ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsində 1921-ci və 1940-cı illərdə keçmiş SSRİ və İran arasında imzalanmış müqavilələr əsas götürülməlidir. İranın Xarici İşlər Nazirliyinin rəsmisi indiyə qədər 5 sahilyanı ölkənin əməkdaşlığı ilə Xəzər dənizinin hüquqi statusunun 70 faizi ilə bağlı münasib nəticə əldə edildiyinə diqqəti çəkib: "Xəzər dənizində hər bir addım 5 sahilyanı ölkənin razılığı ilə olmalıdır və heç bir üçüncü dövlət bu ölkələrin razılığı olmadan Xəzər dənizinə daxil ola bilməz”. 

Xəzərin hüquqi status böhranı necə yarandı?


SSRİ-nin süqutundan sonra Xəzəryanı dövlətlərin sayının ikidən beşə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasına zərurət yaratdı. Xəzərin hüquqi statusu uzun illər ərzində Rusiya (SSRİ) və İran arasında bağlanmış ikitərəfli müqavilələrlə tənzimlənirdi. Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapıb. Lakin həmin sənədlərdə də hüquqi baxımdan "status" anlayışı olmayıb. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi. Xəzərin hüquqi statusuna daha çox diqqət 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya-İran müqaviləsində verilib. Bu müqavilənin 3-cü maddəsində deyilir: "1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışıq aparan tərəflər İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır". 

26 maddədən ibarət olan bu müqavilə Rusiya tərəfindən Georqi Çiçerin və İran tərəfindən Qaraxan-Məmlük tərəfindən imzalanıb. 1935-ci ildə İran və SSRİ arasında imzalanmış "Ticarət, dənizçilik və məskunlaşma haqqında", 1940-cı ildə "Ticarət və dənizçilik haqqında" müqavilələrdə də Xəzərin Sovet-İran dənizi olması bir daha vurğulanıb.

1970-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə başlanılıb və SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilib. Bu bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan, habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünüb. 

SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənirdi. Hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzəryanı dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi tanıyırlar.

1992-ci illərdən başlayaraq, Xəzəryanı dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərində Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanılıb. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması ilə günümüzə qədər davam edən status məsələsinin müzakirəsinə start verildi. Sonrakı müzakirələr də göstərdi ki, Xəzərin hüquqi statusu məsələsinə hər bir dövlət fərqli yanaşır və bu zaman daha çox beynəlxalq hüquqi normalara deyil, milli maraqlara söykənir.

Azərbaycanın beynəlxalq hüquqa əsaslanır

Qeyd etmək lazımdır ki, Xəzər beynəlxalq sərhəd gölüdür. İki və daha çox dövlətin sahillərini yuyan, dünya okeanı ilə təbii yolla birləşməyən, həmçinin müstəqil hüquqi statusa malik olmayan və sahilyanı dövlətlər arasında bağlanmış konkret beynəlxalq müqavilələrdə müəyyən edilən müvafiq rejimə sahib olan su məkanları beynəlxalq hüquq nöqteyi nəzərindən, sərhəd gölləri hesab olunmalıdır. 

Bütün bunları nəzərə alaraq, Xəzərin sərhəd gölü olduğunu və onun haqlı olaraq, Azərbaycan dövlətinin təklif etdiyi kimi milli sektorlara bölünməsinin obyektivliyini belə əsaslandıra bilərik:

- Xəzər beynəlxalq sərhəd gölüdür.
- Xəzər dibi orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir.
- Xəzərin dibinin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanmışdır.
- Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər hüquqi statusu müəyyənləşdirməzdən əvvəl öz milli sektorunda işə başlaya bilərlər.


Hazırda Azərbaycanın bu mövqeyinə qarşı olan İran və Türkmənistan aşağıdakı arqumentlərlə çıxış edir:

- Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir.
- Xəzər, hər bir sahilyanı ölkəyə 20 faiz ayırmaq prinsipi ilə Xəzəryanı dövlətlər arasında beş bərabər hissəyə bölünməlidir.


Azərbaycanın mövqeyi ilə Türkmənistan-İran cütlüyünün mövqeyini müqayisə etdikdə görmək mümkündür ki, ikincilərin mövqeyi beynəlxalq hüquq normalarına ziddir. 

Birincisi ona görə ki, İran və Türkmənistanın irəli sürdüyü arqumentlərdə Xəzər unikal qapalı su hövzəsi hesab edilir. Bu anlayış çox abstrakt olması ilə yanaşı, beynəlxalq hüquqda unikal qapalı su hövzəsinin hüquqi rejimi anlayışı işlədilmir. 

İkincisi, Xəzərin 20 faizlik paylarla sahilyanı dövlətlər arasında bölünməsi tələbinin heç bir hüquqi əsası yoxdur və bu, praktik cəhətdən də mümkün deyil.

Xəzərin hüquqi statusu məsələsində tez-tez 1921-və 1940-cı illərin Sovet-İran müqavilələrinə istinad edilməsi, çox vaxt bu müqavilələrin müddəaları ilə uzlaşmır. Doğrudur, müqavilənin 3-cü maddəsində Xəzərin İran-rus dənizi olduğu və sərbəst gəmiçilik və balıqçılıq fəaliyyəti ilə bağlı məsələlər vurğulanır. Ancaq qeyd etmək lazımdır ki, İran tərəfi bu maddəni əsas götürərək, Xəzərin kondominium prinsiplərinə uyğun istifadəsinin zəruri olduğunu vurğulayır. Lakin müqavilə imzalandıqdan sonra görmək olar ki, Xəzərin istismarında heç vaxt kondominium prinsipi olmamışdır. Bağlanmış bütün müqavilələrdə elə bir müddəa yoxdur ki, orada Xəzərin SSRİ və İranın birgə mülkiyyəti olması müddəası bilavasitə və ya dolayısı ilə təsdiq edilsin. Bu təcrübə müasir dövrdə kondominium prinsipinin tətbiqinin mümkünsüzlüyünü göstərir.

Xəzəryanı bölgə sürətlə hərbiləşdirilir

Hüquqi statusu hələ tam müəyyən olunmayan Xəzər dənizi yenə də sürətlə hərbiləşdirilməkdədir. 

Ekspertlər hesab edirlər ki, bu şəraitdə dənizin hüquqi statusunu müəyyən etmək mümkün olmayacaq. Çünki hərbi gücə arxayınlaşan bəzi sahilyanı ölkələr dənizin statusu məsələsində mövqelərindən, çətin ki, geri çəkilsinlər. 
Hərbi qüvvələrinin sayını sürətlə artıran dövlətlərdən biri də məhz statusun müəyyən olunmasında əngəl ölkələrdən biri olan Türkmənistandır. Türkmənistan Türkiyənin "Dearsan" şirkəti ilə əlavə olaraq iki yeni gözətçi gəmisinin tikintisinə dair müzakirələr aparır. "AzeriDefence"in Türkiyə müdafiə sənayesindəki mənbələrə istinadən yaydığı məlumata görə, bundan əvvəl "Dearsan" şirkəti tərəfindən Türkmənistan üçün bu ölkədə qurulmuş tərsanədə 2 ədəd "Tuzla" tipli gəmi inşa edilib. Hər iki gəmi 2012-ci ilin sentyabr ayında Türkmənistan Silahlı Qüvvələrinin "Xəzər-2012" təlimində nümayiş etdirilib. 

Xəzərin hərbisizləşdirilmiş zonaya çevrilməsi barədə Xəzəryanı ölkələrin dövlət başçıları arasında əldə edilən razılığa baxmayaraq, Rusiya da bölgədə hərbi dəniz qüvvələrini müasir hərbi texnika ilə təmin etməkdə və buraya yeni hərbi katerlər gətirməkdə davam edir. Belə ki, Rusiya Müdafiə Nazirliyi Xəzərdəki hərbi donanmasını yeraltı və yerüstü hədəfləri dəqiqliklə vurmağa qadir olan texniki vasitələrlə, o cümlədən, raketlərlə təchiz etməkdədir. Rusiyanın Xəzər Donanmasında 2020-ci ilə qədər daha 16 yeni və müasir gəmi yerləşdiriləcək.

İranaın Xəzərdə gəmi və patrul katerləri var.

Azərbaycan da Türkiyədən və ABŞ-dan aldığı gəmilərlə mövqelərini gücləndirir. 

Qazaxıstan isə Aktau şəhərində hərbi-dəniz bazası yaradıb

Category: XƏBƏRLƏR | Views: 376 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 08:25
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012