Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 27 » Yanğın baş vermiş evin 41 yaşlı sakini öldü
09:22
Yanğın baş vermiş evin 41 yaşlı sakini öldü

Mərhum evdə kəsilən təbii qazın verilişini özü bərpa edərək sobanı yandırıb

Bakının Sabunçu rayonu Ramana qəsəbəsində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Bədbəxt hadisə Xanlar küçəsində Ələkbərzadə ailəsinin yaşadığı 3 otaqlı fərdi yaşayış evində meydana gəlib. Əraziyə cəlb olunan FHN Dövlət yanğından mühafizə briqadalarının səyi ilə alovun qarşısı alınsa da, yanmış evdən 41 yaşlı Ələkbərzadə Fərhad Ələkbər oğlunun meyiti aşkarlanıb. İlkin ehtimala görə, mərhum tüstüdən boğulduqdan sonra yanıb. 


Yanğından mühafizə qərargahının rəisi Əkbər Novruzov 80 kvadrametr sahəsi olan evin 70 kv/m-nin yandığını deyib. 

Mərhumun anası Fəridə Ələkbərzadə isə evlərinə təbii qazın verilişinin dayandırıldığını, oğlunun kustar üsulla qazı bərpa etdiyini və sobanı yandırdığını deyib. 

Faktla bağlı araşdırmalara başlanılıb və yanğının baş vermə səbəbləri FHN əməkdaşlarının apardığı təhqiqatlardan sonra məlum olacaq. 
Category: Faciə | Views: 435 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:41
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012