Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » Yeni binalara xidmətə görə ödənişlər necə hesablanır?
17:18
Yeni binalara xidmətə görə ödənişlər necə hesablanır?

Milli.Az-ın məlumatına görə, məktubda belə deyilir: 

"Mən yeni tikilmiş binada yaşayıram və artıq üç ildir ki, hər ay 50 manat məbləğində xidmət haqqı ödəyirəm. Bir ay əvvəl bizim binamız dövlət komissiyası tərəfindən qəbul olundu və bizə qeydiyyat üçün sənədlər verildi. Mənzilimizi ölçən mühəndis bildirdi ki, mənzilimizin sahəsinə görə, aylıq ödəniş 35-40 manatdan artıq olmamalı idi. Lakin binamıza xidmət göstərən şirkət heç bir izahat vermədən qiymətləri 50 manatdan 70 manata qaldırıb. Bununla belə, xidmətlərin keyfiyyətində heç bir dəyişiklik olmayıb. Onların gördükləri əlavə iş yalnız blokun qapısına tutacaq qoymaqdan ibarət oldu. Ödəniş zamanı onlar nəsə bir kağız verirlər. Çekdə başqa heç nə göstərilmir. Bilmək istərdim ki, 156 kvadrat metr sahəyə görə, nə qədər pul ödəməliyəm".

Məsələyə aydınlıq gətirmək üçün Day.Az-ın əməkdaşı əmlak üzrə ekspert Nüsrət İbrahimli ilə əlaqə saxlayıb. 

"Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, kooperativin rəhbəri yığıncaq keçirməli və orada işçi orqan formalaşmalıdır. Bu orqana tapşırılır ki, yaşayış binasının saxlanılması üçün aylıq smeta xərclərini müəyyənləşdirsin. Sənəd hazırlandıqdan sonra kooperativ sakinlərin iştirakı ilə yığıncaq keçirir və həmin məsələ müzakirə olunur. Bu yığıncaqda binaya xidmət göstərilməsi üçün sakinlərin üzərinə düşən xərclər müəyyənləşir. Əgər sakin işçi orqanın hesabatından narazı qalırsa, o, məhkəməyə müraciət etmək hüququna malikdir. Kommunal xərclər isə (Su, qaz və işıq pulu) təyin olunmuş tariflər əsasında ödənilir", - o qeyd edib. 
Views: 435 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 16:10
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012