Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 28 » Zorla ərə verilən 15 yaşlı qızın dəhşətli qətli
17:13
Zorla ərə verilən 15 yaşlı qızın dəhşətli qətli


Məcburi ailə quranduqdan sonra ata evinə qayıdan ailə məclisinin qərarı ilə öldürülüb.

Azeri-Xeber.ucoz.com Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Batman çayının ətrafında qadın cəsədi tapılıb. Polis şöbəsinə daxil olan məlumatda hamilə qadının namus bəhanəsi ilə öldürüldüyü bildirilib. 

Aparılan araşdırma nəticəsində qadının şəxsiyyəti müəyyən edilib. Ölən qadının 1997-ci il təvəllüdlü Həsrət olduğu ortaya çıxıb. O, 4 aylıq hamilə imiş. 1,5 il əvvəl ailəsi tərəfindən məcburi şəkildə ərə verilən Həsrətin boşanaraq ata evinə qayıtdığı da polisə məlum olub. Həsrətin atası 20 il əvvəl dünyasını dəyişdirdiyinə görə o, əmisi E.D-nin nin himayəsində olub. Polis cinayətlə bağlı şübhəli şəxs qismində Həsrətin əmisi E.D.-ni , onun babası Y.D.-ni və digər əmisi H.D.-ni həbs edib.

Məcburi ailə quran Həsrət həyat yoldaşı ilə yola getmədiyini irəli sürərək boşanıb. Həyatının cəhənnəmə dönəcəyindən xəbərsiz olan Həsrət ərinin verdiyi əzablardan ata ocağına sığınsa da, iki əmioğlunun təcavüzünə məruz qalıb. Bu təcavüzlərdən sonra Həsrət hamilə qalıb. Məsələdən xəbər tutan ailə Həsrətin iki əmioğlundan biri ilə evlənməli olduğuna qərar verib. Ancaq Həsrətin kimdən hamilə qaldığı şübhəli olduğuna görə heç bir əmioğlu onunla evlənmək istəməyib. Bu səbədən onun ölümünə qərar verib. Ailə "sahibsiz" qalan Həsrətin "ayıbını" ölümü ilə örtməyə qərar verib.

Ailənin polisə verdiyi ilkin ifadədən onların Həsrəti Batman çayında boğaraq qətlə yetirdikləri bəlli olub. Ailə dövlət xəstəxanasının meyitxanasinda saxlanılan Həsrətin cənazəsinə10 gün sahib çıxmayıb. Yalnız 10-cu gün ailə üzvlərindən biri gənc qadının cəsədini təhvil alıb.

Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Şahin bu məsələnin hərtərəfli araşdırılacağını və cinayətkarların ən ağır şəkildə cəzalandırılacağını deyib: "Biz bu cür hadisələrin qarşısını almaq üçün bu vəzifədəyik. Mübarizəmizi sona qədər aparacağıq".
Category: XƏBƏRLƏR | Views: 351 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 17:30
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012