Mixail Saakaşvili: "Putindən qorxmadım, bunlardanmı qorxacam?” "Əgər parlament bir nəfərin – baş nazir Bidzina İvanişvilinin istəyi ilə bütün imtiyazların ləğvinə dair qərar versə, mən bunu qəbul edəcəm. Onlar hökumətin tabeliyinə mühafizə xidmətini verən kimi bütün mühafizəçilərdən imtina edəcəm”. Belə bir bəyanatla Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib. O bildirib ki, ona təyyarələr, zirehli avtomobillər lazım deyil: "Mən xalqla hər zaman və yerdə piyada da görüşməyə hazıram. Qohumlarımın maşını ilə xalqımla görüşməyə hazıram. Anamdan maşını alıb, bütün ölkəni gəzəcəm”. Saakavvili qeyd edib ki, heç nədən, xüsusilə də öz xalqından qorxmur: "Mənə Rusiya prezidenti Putin hədə-qorxu gəldi, dalımca düşmüşdü, ondan qorxmadım. Bunlardan isə ümumiyyətlə qoxmuram”,
Gürcüstan prezidenti vurğulayıb ki, indiki hakimiyyət özlərinin düşündüyü kimi güclü və təhlükəli deyil.
|