Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 30 » 2013-cü ildə səmada Aydan da parlaq cisim peyda olacaq - ŞOK
11:14
2013-cü ildə səmada Aydan da parlaq cisim peyda olacaq - ŞOK
Ayson (İson) adlı bu cismi "əsrin kometi” adlandırırlar

Britaniyalı astronom Deyvid Uaythaus yazır ki, təzə ildə səmamızda parlayacaq bu kometi iki rus alimi kəşf edib. Hazırda bu cismi yalnız ən müasir teleskoplarla görmək mümkündür. Komet qaranlıq səmada ulduzlardan o qədər də seçilmir. Alimlər bildirirlər ki, Yerin səmasında bu qədər parlaq bir obyekti görmək heç də hər nəsilə nəsib olmur. Ayson kometləri və asteroidləri müşahidə edən Kislovodsk rəsədxanasının teleskopları vasitəsilə aşkar edilib.

Astronomlar Vitali Nevski və Artyom Noviçonok ötən sentyabrın 20-də bu kometi daha diqqətlə müşahidə etmək niyyətində imişlər, di gəl ki, buludlu hava onlara mane olub. Lakin səhərə yaxın kometi nəinki Ekizlər və Xərçəng bürclərinin arasında teleskopla görmək mümkün olub, onun hətta fotoları da çəkilib. Sonradan Nevski bu fotoları xüsusi kompüter proqramına yükləyib. Proqram iri və parlaq obyektin çox yavaş hərəkət etdiyini qeydə alıb. Bununla belə, səma cisminin komet olub-olmadığını dərhal söyləmək mümkün olmayıb. Rusiyalı alimlər bu səma obyektini daha iri teleskopla müşahidə edəndə başa düşüblər ki, söhbət çox iri kometdən gedir.

Dünyanın başqa rəsədxanalrından alınan məlumatlar analiz edilib və kometin "marşrutu” dəqiqləşdirilib. Məlum olub ki, Ayson kometi adlandırılan bu qaya parçası artıq milyon illərdir, bizə sarı gəlirmiş... O, öz qaynağını trilyonlarla qaya və buz parçalarının uçuşduğu uzaq ulduz buludundan götürüb.

Alimlər bildirirlər ki, "ulduz buludları” bəzən qravitasiyanın dəyişməsi nəticəsində bəzi kometlərin qoparaq ulduzlararası məkana daxil olmasına imkan yaradır. Belə görünür ki, cazibə durğunluğundan "xilas olmuş” Ayson kometi planetmizin istiqamətində ilk və son səfərini edir.

Uaythaus yazır ki, Aysonun həyatı soyuq, buzlu və durğun olub, lakin indi o, Günəşə yaxınlaşdıqca isinir və parıltısı artır... Aysonun səthi qaranlıqdır və ölçüsü 10 min kilometrlər boyuncadır. Gələn yayın sonlarınadək bu kometi artıq kiçik ev teleskopları və durbinlərlə görmək mümkün olacaq.

Noyabrda bu kometi hamımız adi gözlə görəcəyik

Oktyabr ayında Ayson Marsın yanından keçəcək və onda ən maraqlı mərhələ başlanacaq. Səthi qızdıqca kometin odlu qazlardan ibarət quyruğu yaranacaq. Bundan sonra, Yerin orbitini keçərkən, o əvvəlcə yavaş-yavaş səmada peyda olacaq, lakin getdikcə parıltısı artacaq. Necə deyərlər, "qazı qurtarandan sonra” komet Günəş Küləkləri ilə əks sitiqamətə dartılacaq. Noyabrın axırlarında qaranlıq düşdükdən bu kometi adi gözlə görmək mümkün olacaq.

Alimlər deyirlər ki, bu ecazkar kosmik teatra aylar ərzində Yerdən tamaşa edilə biləcək... Sonunda isə kosmik küləklər onu Günəşə doğru çəkəcək və o, Günəşə hər hansı bir planetdən daha yaxın məsafədən keçəcək. Lakin komet Günəşə yaxınlaşdıqca, onu müşahidə etmək nəinki çətin və hətta təhlükəli olacaq... Alimlər bu müşahidəni xüsusi qurğuların vasitəsilə aparacaqlar.

Hələ bu harasıdır...


Maraqlıdır ki, Ayson gələn il səmada görünəcək yeganə komet deyil.
2014 L4 adlı komet də Yerin səmasında görünəcək.


Aysona gəlincə, 2014-cü ildə onun qaldırdığı tozanaq gecə səmasından yavaş-yavaş yox olacaq, kometin özü isə bir daha qayıtmamaq üçün gəldiyi yerə qayıdacaq. 

Lakin "kosmik tamaşalar” bununla bitmir. Daha kiçik səma cisimləri olan asteroidlər, kometlərdən daha təhlükəli hesab olunur. Ona görə ki, onları uzun müddət müşahidə etmək mümkün olmur. Elə bu dekabr ayının əvvəllərində belə bir asteroid Yerin lap yanından keçib.
Halbuki astronomlar onu cəmi iki gün əvvəl görüblərmiş.


Daha böyük və təhlükəli asteroid Apofis ilk dəfə 2004-cü ildə aşkar edilib, 2029-cu ildə Yerin 36 min kilometrliyindən keçəcək. 36 min kilometr böyük məsafə kimi görünə bilər, lakin bu o deməkdir ki, o, əslində planetimizin ətrafında dövrə vuran kommunikasiya peyklərindən də yaxında olacaq.

Lap yanımızdan keçib, xəbərimiz olmayıb…


Dekabrın əvvəllərində Yerin yanından keçmiş 2012 XE54 adlı asteroid bizə Aydan da yaxın imiş. Doğrudur, onun ölçüsü cəmi 36 metr imiş, lakin nəzərə almaq lazımdır ki, 1908-ci ildə Rusiya tayqasına düşmüş oxşar ölçülü asteroid Londonun ərazisi boyda sahədə bütün canlı aləmə son qoymuşdu.

Alimlər bildirirlər ki, yaxın gələcəkdə asteroid zərbələrindən necə qorunmaq barədə düşünmək lazım gələcək. Lakin onda da, ölçüsü 1 kilometrdən az olan asteroidlər ən təhlükəli səma cismi olaraq qalacaq. Çünki onları dərhal görmək astronomlar üçün də asan iş deyil.
NASA hazırda belə asteroidləri "minib istiqamətləndirmək və Yerdən azdıqmaq” üçün peyklər üzərində işləyir.


Category: Maraqlı | Views: 585 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 12.12.2024, 00:12
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012