Həzrəti Muhamməd (ƏS) Miladi təqvimlə 571-ci il Hicri aylardan Rəbiul əvvəl ayının 11-dən 12-nə keçən gecə dünyaya gəlib
Bu axşam İslam peyğəmbəri Hz. Muhammədin (ƏS) mövludu gecəsidir. Həzrəti Muhamməd (ƏS) Miladi təqvimlə 571-ci il Hicri aylardan Rəbiul əvvəl ayının 11-dən 12-nə keçən gecə Məkkə şəhərində dünyaya gəlib. Bəzi məzhəb alimləri bu tarixin ayın 17-i olduğunu bildirib. Hər iki tarix müsəlmanlar tərəfindən mövlud gecəsi, aradakı fərq isə "Vəhdət” həftəsi adlandırılıb.... Ardını oxu »
"Deyəcək bir söz var ki, hamımızın qayıdacağı yer tövbədir”
Türkiyənin "atv” kanalında yayımlanan "Nihat Hatipoğlu suallara cavab verir” proqramı ilə canlı telefon əlaqəsi quran qadın tamaşaçının zina etirafı aparıcını hiddətləndirib. Məlumata görə, zəng vuran qadın tamaşaçı aparıcı Nihat Hatipoğluna "Mən həyat yoldaşımı aldatdım, vicdan əzabı çəkirəm. Nə etməliyəm?” – deyə soruşub. "Təbii ki, vacdan əzabı çəkməlisən” deyən aparıcı, "Yazıqlar olsun, ona da sənə də. Amma deyəcək bir söz var ki, hamımızın qayıdacağı yer tövbədir” – deyə qeyd edib.... Ardını oxu »
Bakıdan ruhaninin görüşünə gedənlər Bibiheybət ziyartgahından birgə çıxacaqlar
İslamazeri.az-a ailəsindən verilən xəbərə görə, Hacı İlqar Əliyev həbsdən buraxılıb, artıq evindədir. Mübariz ruhani ilə görüş gedən ruhani və dindarlar günorta namazını Hacı İlqar Əliyevlə birgə Cəlilabadda, Göytəpə məscidində qılacaqlar.
Türkiyənin Antalya şəhərindəki "İldırım Bəyazid” məscisdinin din xadimi Şenel Kara möminlərə moizə oxuyanda texnikanın bütün imkanlarından istifadə edir. Türkiyə mətbuatının xəbərinə görə, moizəni planşetdən oxuyan din xadimi oxuduqlarını eyni vaxtda böyük ekranda möminlərə də nümayiş etdirir. Məlumata görə, Şenel Kara ilk dəfə bu sistemi iştirak etdiyi valideyn iclasında görüb və bunu məsciddə də tətbiq ettməyi qərara alıb. Müftilikdən lazımi icazəni alan din xadimi öz vəsaiti hesabına məsciddə bu sistemi qurub.
İraqlı şiələrin dini və hərbi lideri cümə namazını sünni müsəlmanlarla birlikdə qılıb
İraqlı şiələrin dini və hərbi lideri şeyx Müqtəda əs-Sədr cümə namazını sünni müsəlmanlarla birlikdə qılıb. "Anadolu” agentliyinin (AA) məlumatına görə ötən gün, 2010-cu ildə Bağdadda terror hücumuna məruz qalmış kilsəni ziyarət edən şeyx əs-Sədr daha sonra "Abdülqadir Geylani” məscidinə gedərək burda cümə namazı qılıb.... Ardını oxu »
Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Suriya ilə sərhəddə yerləşən Akçekaleyə gedərkən Suriya Milli Şurasının lideri Muaz əl Hatibin hədiyyə etdiyi əbanı geyinib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Suriya paltarı geyməsi İranın etirazına səbəb olub.
Azeri-Xeber.ucoz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran xəbər agentliyi bu addımına görə Ərdoğanı tənqid edib. "Ərdoğan Osmanlını yaşatmaq üçün əba geyindi” başlığı ilə yazılan məqalədə agentlik Ərdoğanın Osmanlı imperiyasını vəhabi geyimində yaşatdığını, bununla da vəhabiliyi təmsil etdiyini qeyd edib.