"Qruziya Online”na istinadən xəbər verilir ki, onlar məscidin şeyxi Vaqif Əkbərova narazılıqlarını ifadə ediblər.
Aksiya iştirakçılarının sözlərinə görə, ötən həftə axundlar şurası Mirhüseyn Əsədovu yeni şeyx təyin edib. Lakin V.Əkbərov bu qərarla razılaşmayaraq səlahiyyətlərini hələ də davam etdirməkdədir.
Qarayazı sakinləri yeni seçilmiş şeyxin öz vəzifələrini icra etməsi üçün imkan yaradılmasını tələb ediblər.