Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu (HAMİ) Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı Baş Prokurorluğa müraciət edib. Bu barədə qurumdan daxil olan məlumat
... Ardını oxu »
Qazaxda bayraq festivalından sonra biabırçılıq baş verdi
Azərbaycan bayrağına qarşı hörmətsizliyi əks etdirən daha bir fotofakt ortaya çıxıb.
"Qafqazinfo”nun məlumatına görə, Facebook sosial şəbəkəsində paylaşılan bu foto geniş müzakirəyə səbəb olub. Belə ki, fotonun Qazax rayonunda bayraq festivalından sonra çəkildiyi qeyd olunub. Fotolardan göründüyü kimi festivaldan sonra rayon mərkəzindən yığışdırılan bayraqlar traktor vasitəsilə daşınıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsində göstərilir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməli
... Ardını oxu »
Ərəbcə danışılan videoda, stolda əyləşən bir kişi uşaqları bir-bir yanına çağırır, dəftərlərini yoxladıqdan sonra onların xətkeşlə əllərinə vurur.
Qorxu içində gözləyən, yaşları 5 və 7 arasında dəyişən uşaqların arxasına, hətta başlarına belə zərbə vurur. Göz yaşları tökən uşaqları, dəftərləri yoxlayaraq vurmaqda davam edir. Yanına gələn bir uşağın saçından tutaraq əlində xətkeş ilə arxasına və daha sonra başına vurması etdiyi əzabın şiddətini göstərir.
Azeri-Xeber saytı bununla bağlı videonu təqdim edir:
Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində lotereyada 1 milyon dollar udan şəxsin pulları aldıqdan bir gün sonra zəhərlənərək öldürüldüyü ortaya çıxıb. 46 yaşlı Oruc Xan adlı şəxsin sağlamlığı ilə bağlı yaranmış problem nəticəsində dünyasını dəyişdiyi ehtimal edilirdi. Hadisə ötən ilin iyulunda baş versə də, istintaq bu yaxınlarda uduşlu lotereya sahibinin sianid turşusu ilə zəhərləndiyini aşkar edib.
Həmin şəxs Həcc ziyarətindən qayıtdıqdan
... Ardını oxu »
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini Səbinə Xəlifəliyeva tutulub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, S.Xəlifəliyva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev daha bir video-lent yayıb. Lent.az-ın məlumatına görə, videoda Elşad Abdullayev və onun qardaşı Eldəniz Abdullayevin Rövşanə Əliyeva adlı qadınla dialoqu yer alır. "Azadlıq” qəzetinə göndərilmiş görüntülər bir müddət əvvəl yayılmış videonun davamı kimi təqdim olunur və Rövşanə Əliyeva adlı qadın video-lentin ilk 15 dəqiqəsində Arzu Kazımov olduğu bildirilən şəxslə telefon danışığı aparır. Telefon danışığı Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılması və ABU rektorunun Zahid Dünyamalıyevin (daxili işlər nazirinin keçmiş müavini) qəbuluna düşməsi müzakirə olunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul qaydalarında bəzi dəyişikliklər edib.
APA-nın xəbərinə görə, bu barədə TQDK-nın magistratura şöbəsinin müdiri Natiq Əliyev deyib. O bildirib ki, əvvəlki illərdə imtahanda məntiqi təfəkkür üzrə test blokuna həm çoxseçimli, həm də açıq tipli test tapşırıqla
... Ardını oxu »
Ötən gün Bakının Qaradağ rayonunda 32 yaşlı qadın vəhşicəsinə döyülüb. Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə axşam saat 21:50 radələrində Lökbatan qəsəbəsində baş verib. 1980-cı il təvəllüdlü Sahibə Allahmuradova küçənin ortasında möhkəm döyülüb. Qadına ilkin tibbi yardım göstərilib.
Ermənilər türklərdən sərhədləri açmalarını istəyir
Ağ evin saytında Türkiyə-Ermənistan sərhədinin açılması məqsədilə imza toplama kampaniyası başlayıb. Bu çağırışın təşkilatçıları bunu daha çox Suriyanın erməni qaçqınları üçün edilməsini istəyirlər.